Bax: ürəyiyumşaqlıq.
İstədiyi, arzuladığı, ürəyində tutduğu kimi. □ İşlərin bele olması onun ürəyincə deyildi.
İstədiyi kimi, arzusuna müvafiq olaraq, arzuladığı kimi. □ Ürəyindən danışmaq.
İncimiş, küsmüş, küskün, qəlbiqırıq, ürəyi bir şeydən sınmış.
Ürəyisınıq adamın keyfiyyəti; küskünlük, qəlbiqırıqlıq.
Ürəyində sözü olan, hələ deyilməmiş sözü olan.
Ürəyində paxıllıq, kin, küdurət olmayan, qəlbi təmiz olan; səmimi.
Tez təsirlənən, mütəəssir olan, ürəyiyumşaq.
Ürəyiyuxa adamın xasiyyəti; ürəyiyumşaqlıq.
Ürəyinazik, ürəyiyuxa, ürəyincə.
Ürəyiyumşaq adamın xasiyyəti; ürəyinaziklik, ürəyiincəlik, ürəyiyuxalıq.
Məcburi olmayıb zamanın tələbindən doğan adət, qayda, üsul, hökm, dəb. □ Ürfü şər olmayır bu fikrə şərik; Çəkilir şeymidir bu sərsəmlik? (H.Cavid).
1. Əxlaq, ədəb qaydaları; etika.
2. Adət və ənənə, adətlər. □ Elin qayda-qanunu, camaatın ürf-adəti var. (Ə.Vəliyev).
Bilik, biliş, kamal, maarif. □ Tutdu yer üzünü ürfan çırağı; Nura qərq elədi qonşu torpağı. (M.Rahim).
İkiyaşar at balası. □ Elə bu vaxt Zülfüqar kəhər ürkəni səyirdib böyürdən çıxdı. (B.Bayramov).