Ürək-dirək vermək – ürək vermək, ürəkləndirmək, ruhlandırmaq, ümidləndirmək, təsəlli vermək, cəsarətləndirmək. □ Məşədibəy Səlimə ürək-dirək vermək əvəzinə, onu daha da kədərləndirdi. (M.Hüseyn).
Həmçinin bax:
1. Ürək-göbək qalmamaq – gülməkdən qəşş etmək. □ Xan bayıra çıxıb gördü ki, Qəhrəman gəlir, amma altında bir at var ki, altı ayağı, alnında bir gözü, iki də maral buynuzuna oxşar buynuzu vardı. Xanda ürək-göbək qalmadı. (Nağıl).
2. Ürək-göbəyi düşmək – bərk qorxmaq, vahimələnmək; ürəyi düşmək. □ Çaydan keçəndə qurbağadan qorxub, ürək-göbəyi düşüb, dəli olub. (“Qurbani”).
3. Ürək-göbəyini yemək – bərk qorxmaq, bərk həyəcanlanmaq.
Həmçinin bax: