Reklam
Reklam

Все словари

ürək [ürəx'] isim

1. Anatomiya. İnsanda qan dövranının, döş boşluğunun sol tərəfində yerləşən əzələli kisə şəklində mərkəzi orqanı; qəlb. Ürəyin döyünməsi. Ürək xəstəliyi.

2. Döşün qol tərəfində həmin orqanın üstündəki yer. Ürəyini tutmaq.

3. Məcazi mənada: həmin orqan insanın hiss, həyəcan, əhvali-ruhiyyə, təəssürat simvolu kimi.Adamın ürəyi sevinir. Ürəyini həyəcanlandırmaq. Ürəyim sakit deyil.

4. Məcazi mənada: bu orqan həssaslıq, xeyirxahlıq simvolu kimi. Ürəyi olmayan adamlar onu başa düşə bilməzlər.

5. Məcazi mənada: həmin orqan məhəbbət, sevgi, eşq, vurğunluq, qəlbən bağlılıq kimi (bu mənada əsasən “qəlb” sözü işlənir).

6. Bir şeyin əsas hissəsi, ən mühüm yeri, mərkəzi. Bu, elin öz istəyidir; El dövlətin ürəyidir. (A.Şaiq).

7. Məcazi mənada: cəsarət, hünər. Gecə ikən bir qadının təkbaşına ormana getməsi böyük bir ürək və cəsarət istər. (S.Hüseyn).

Həmçinin bax:

frazeologizm: açıq ürəklə frazeologizm: arzusu ürəyində (gözündə) qalmaq frazeologizm: arzusunu ürəyində (gözündə) qoymaq frazeologizm: daş olub ürəkdən asılmaq frazeologizm: qurd ürəyi yemək frazeologizm: sözü ürəyində qalmaq frazeologizm: şir ürəyi yemək frazeologizm: ürək bulandırmaq frazeologizm: ürək dağlamaq frazeologizm: ürək eləməmək frazeologizm: ürək qızdırmaq frazeologizm: ürək parçalamaq frazeologizm: ürək vermək frazeologizm: ürək yandırmaq frazeologizm: ürəkləri bir-birini tutmaq frazeologizm: ürəyə işləmək frazeologizm: ürəyə yatmaq frazeologizm: ürəyi açılmaq frazeologizm: ürəyi ağrımaq frazeologizm: ürəyi ağzına gəlmək frazeologizm: ürəyi ağzından (yerindən) çıxmaq frazeologizm: ürəyi atlanmaq frazeologizm: ürəyi böyümək frazeologizm: ürəyi bulanmaq frazeologizm: ürəyi çatlamaq frazeologizm: ürəyi çəkilmək frazeologizm: ürəyi dağ boyda olmaq frazeologizm: ürəyi dağa dönmək frazeologizm: ürəyi dağ-dağaya düşmək frazeologizm: ürəyi dağlanmaq frazeologizm: ürəyi daşa dönmək frazeologizm: ürəyi dilində frazeologizm: ürəyi durmamaq (dözməmək) frazeologizm: ürəyi düşmək frazeologizm: ürəyi ərimək frazeologizm: ürəyi əsmək frazeologizm: ürəyi getmək frazeologizm: ürəyi gəlməmək frazeologizm: ürəyi götürməmək frazeologizm: ürəyi xarab olmaq frazeologizm: ürəyi istəmək frazeologizm: ürəyi köksünə sığmamaq frazeologizm: ürəyi qalmaq frazeologizm: ürəyi qan ağlamaq frazeologizm: ürəyi qana dönmək frazeologizm: ürəyi qırılıb ayağının altına düşmək frazeologizm: ürəyi qızmaq frazeologizm: ürəyi qopmaq (qırılmaq) frazeologizm: ürəyi qubar eləmək (bağlamaq) frazeologizm: ürəyi od tutub yanmaq (alışmaq) frazeologizm: ürəyi parça-parça olmaq frazeologizm: ürəyi partlamaq frazeologizm: ürəyi sıxılmaq (qısılmaq) frazeologizm: ürəyi sınmaq frazeologizm: ürəyi sinəsinə sığmamaq frazeologizm: ürəyi soyumamaq frazeologizm: ürəyi tab gətirməmək frazeologizm: ürəyi tel-tel olmaq frazeologizm: ürəyi tutmaq frazeologizm: ürəyi üstündə durmamaq frazeologizm: ürəyi üzülmək frazeologizm: ürəyi yanıqlı frazeologizm: ürəyi yanında olmaq frazeologizm: ürəyi yanmaq frazeologizm: ürəyi yerindən qopmaq frazeologizm: ürəyi yerindən oynamaq frazeologizm: ürəyi yerinə gəlmək frazeologizm: ürəyi yumşalmaq frazeologizm: ürəyi yüngülləşmək frazeologizm: ürəyində kök salmaq frazeologizm: ürəyində qalmaq frazeologizm: ürəyində qoymaq frazeologizm: ürəyində tutmaq frazeologizm: ürəyindən çıxarıb atmaq frazeologizm: ürəyindən daş asılmaq frazeologizm: ürəyindən xəbər vermək frazeologizm: ürəyindən keçəni üz-gözündən oxumaq frazeologizm: ürəyindən keçmək frazeologizm: ürəyindən qara qanlar axmaq frazeologizm: ürəyindən tikan çıxarmaq frazeologizm: ürəyindən vurmaq frazeologizm: ürəyinə dağ çəkmək (basmaq) frazeologizm: ürəyinə dağ-dağa düşmək frazeologizm: ürəyinə dağ-dağalar gətirmək frazeologizm: ürəyinə dammaq frazeologizm: ürəyinə daş bağlamaq frazeologizm: ürəyinə dəymək (toxunmaq) frazeologizm: ürəyinə gəlmək frazeologizm: ürəyinə gətirmək frazeologizm: ürəyinə girmək frazeologizm: ürəyinə xal düşmək frazeologizm: ürəyinə xal salmaq frazeologizm: ürəyinə qara fikirlər gəlmək frazeologizm: ürəyinə qara-qorxu dolmaq frazeologizm: ürəyinə qara-qura gəlmək frazeologizm: ürəyinə rəhm salmaq frazeologizm: ürəyinə salmaq frazeologizm: ürəyinə su səpmək frazeologizm: ürəyinə təpər gəlmək frazeologizm: ürəyinə yağ kimi yayılmaq frazeologizm: ürəyinə yatmaq frazeologizm: ürəyinə yol tapmaq frazeologizm: ürəyini açmaq frazeologizm: ürəyini almaq frazeologizm: ürəyini boşaltmaq frazeologizm: ürəyini bulandırmaq frazeologizm: ürəyini buz kimi saxlamaq frazeologizm: ürəyini çəkmək (üzmək) frazeologizm: ürəyini daş eləmək frazeologizm: ürəyini dəlmək frazeologizm: ürəyini ələ almaq frazeologizm: ürəyini qana döndərmək frazeologizm: ürəyini qırmaq (sındırmaq) frazeologizm: ürəyini qopartmaq frazeologizm: ürəyini qoymaq frazeologizm: ürəyini oxşamaq frazeologizm: ürəyini oxumaq frazeologizm: ürəyini ovlamaq frazeologizm: ürəyini partlatmaq frazeologizm: ürəyini salmaq frazeologizm: ürəyini sıxmaq frazeologizm: ürəyini vermək frazeologizm: ürəyini vurmaq frazeologizm: ürəyini yandırmaq frazeologizm: ürəyini yemək frazeologizm: ürəyini yumşaltmaq frazeologizm: ürəyinin başı göynəmək (yanmaq) frazeologizm: ürəyinin içini yemək frazeologizm: ürəyinin sapı qırılmaq frazeologizm: ürəyinin yağı ərimək frazeologizm: ürəyinin yağını yedirtmək Azərbaycan dilinin izahlı lüğəti