Arxaizm. Günorta.
Arxaizm. O cür, o təhər, o sayaq.
Bax: öymək.
Tərifləmək. □ Başladı tərifə palıd qamətin; Öydü özün, zorbalığın, halətin. (M.Ə.Sabir).
1. Dialekt. Hər hansı bir işin icrasında ardıcıllıq, sıra qaydası. □ ..Budur, – deyirlər; – Neçə dəzgah; Dalında bir öynədə çalışan. (R.Rza). 2. Dialekt. Dəfə, kərə. □ İşə buyurarsan, naxoşam deyər; Öynədə bir badya doğrama yeyər.. (Aşıq Ələsgər).
Dialekt. Dəfəlik, kərəlik. □ Bu dərman beş öynəlikdir.
Öyrətmək məqsədini daşıyan, öyrədən, bilik verən. □ Məhsuldar əmək öyrədici əməkdir.
Bax: öyrədilmək.
“Öyrətmək” feilinin məchul növü. □ Xarici dil öyrədilmək. Sənət öyrədilmək.
Bax: öyrəncəli.
Adətkərdə, öyrəşmiş, adət etmiş, vərdiş eləmiş, alışmış. □ Mən öyrəncəliyəm, – dedi, – heç bir şey olmaz. (Q.İlkin).
1. Arxaizm. Öyrənən, şagird. 2. Sifət kimi: adətkərdə, öyrəşmiş, adət etmiş, vərdiş eləmiş, alışmış.
Bax: öyrənilmək.
Həmçinin bax:
“Öyrənmək” feilinin məchul növü. □ Klassiklər öyrənilir.
Öyrənmə işi, öyrənmə; öyrənmə üsulu (tərzi). □ Bu öyrənişdə.. insan hər şeydən əvvəl.. səadətverici vasitələri düzgün təyin etməlidir. (M.S.Ordubadi).