1. Riyaziyyat. Bir neçə tərəfi olan; çoxüzlü. □ Çoxtərəfli prizma.
2. Bir neçə istiqaməti olan. □ ..Küçələr o qədər geniş və hərəkət o qədər çoxtərəflidir ki, maşınlar bir dəqiqə bir yerdə yığılıb durmalı olmur. (M.İbrahimov).
3. Bir məsələ ilə əlaqədar tərəflərin hamısı üçün məcburi olan. □ Çoxtərəfli müqavilə.
4. Genişliyi, müxtəlifliyi ilə fərqlənən; çoxşaxəli, çoxcəhətli. □ Çoxtərəfli yaradıcılıq.