1. Arvadın eyni zamanda bir neçə əri olmasından ibarət nikah forması (bəzi tayfalarda); poliandriya.2. Eyni zamanda bir neçə əri olma (bəzi tayfalarda).
Çox əsr ərzində mövcud olan; çox əsr yaşayan, davam edən; qədim. □ Bakının çoxəsrli tarixi.
Çox əsr ərzində mövcud olma, davam etmə, yaşama. □ Mədəniyyət abidələrinin çoxəsrliliyi.
Elektrotexnika. Bir neçə və ya çox fazadan keçən. □ Çoxfazalı enerji. Çoxfazalı elektrik axını.
Bir neçə və ya çoxlu fiquru olan. □ Sərgidə göstərilən çoxfiqurlu “Nümayiş” kompozisiyasına da bakılılar böyük maraqla baxırlar.
Bir neçə at qüvvəsində olan; qüvvətli (motor, maşın, mexanizm haqqında). □ Çoxgüclü maşın.
Günlərlə davam edən. □ Çoxgünlü səyahət.
Eyni vəkaləti olan bir neçə hökumət orqanının eyni zamanda mövcud olması.
Dilçilik. Bir neçə və ya çoxlu hecadan ibarət olan. □ Çoxhecalı söz.
Riyaziyyat. Bir neçə təkhədlinin cəbri cəmindən ibarət olan. □ Çoxhədli ifadə.
Çoxlu miqdarda hüceyrədən əmələ gəlmiş. □ Çoxhüceyrəli orqanizm. Çoxhüceyrəli canlı.
1. Botanika. Bir neçə və ya çox il yaşayan. □ Çoxillik subtropik bitkilər. 2. Bir neçə il davam edən. □ Çoxillik tədqiqat.
Çox istifadə olunan, gündəlik ehtiyacı ödəmək üçün lazım olan, çox tələb olunan. □ Sənaye məhsulunun və çoxişlənən malların .. illik istehsal planları artıqlamasilə yerinə yetirilmişdir.
Zoologiya. Çoxlu qanadları olan cücülər sinfi.
Zoologiya. Bir neçə qarıncığı olan. □ Çoxqarıncıqlılar sinfi.