Genişliyi, müxtəlifliyi ilə fərqlənən; çoxşaxəli, çoxtərəfli. □ Çoxcəhətli fəaliyyət.
Çoxlu cilddən ibarət olan. □ Çoxcildli ədəbiyyat tarixi.
Bir neçə çalovu olan. □ Çoxçalovlu ekskavator.
Çoxlu çarpayı yerləşən. □ Çoxçarpayılı xəstəxana.
Botanika. Çoxlu çiçəyi olan (bitkilər haqqında). □ Çoxçiçəkli kol.
1. Lap çox, olduqca çox, olduqca. □ Zəhm və qorxu uşaqlıq illərilə birgə çox-çox uzaqlarda qalmışdı. (İ.Hüseynov). 2. Çoxlu, olduqca çox, dönə-dönə. □ Şairlər, rəssamlar günün batmasını çox-çox təsvir etmişlər. (M.Rzaquluzadə).
Xeyli zaman bundan əvvəl; əvvəldən, qabaqlardan. □ Muğdusi çoxdan bilirdi ki, onun qonşuluğunda usta Cəfər adlı məharətli bənna və səliqəli gəcçəkən var. (C.Məmmədquluzadə).
Həmçinin bax:
1. Çox danışmağı sevən; naqqal, uzunçu. □ Çoxdanışan adam. 2. İsim kimi: çox danışmağı sevən adam; naqqal, uzunçu. □ Çoxdanışanın biridir.
Çoxdan olmuş, qabaqlar baş vermiş. □ Çoxdankı söhbət.
1. Eyni zamanda bir neçə dəzgaha xidmət edən. □ Çoxdəzgahçı fəhlə. 2. İsim kimi: eyni zamanda bir neçə dəzgaha xidmət edən adam. □ Çoxdəzgahçıların yarışı.
1. Müxtəlif dillərdə danışan adamlardan ibarət. □ Çoxdilli respublika. 2. Bir neçə dildə tərtib olunmuş. □ Çoxdilli lüğət.
1. Çoxlu xırda dişləri olan. □ Çoxdişcikli çarx. 2. Zoologiya. Çoxlu dişciyi olan. □ Çoxdişcikli balıq.
Çoxlu dişi olan. □ Çoxdişli çarx.
Botanika. İkicinsiyyətli çiçəklərlə yanaşı bircinsiyyətli çiçəkləri də olan. □ Qarabaşaq çoxevli bitkidir.
Eyni zamanda bir neçə əri olan (bəzi tayfalarda nikah forması).