Bax: çiyrənmək.
Bir işi çox görməkdən, yaxud bir şeyi çox yeməkdən təngə gəlmək, ikrahlanmaq, iyrənmək, ürəyini vurmaq. □ Çox vaxt adam yağlı plovdan çiyrənər, iştahası soğan-çörək yemək çəkər. (S.Hüseyn).
Bax: çimçişmək.
Qoyun-keçi sürüsünü otaran adam. □ Mələ, qoyunum, mələ; Quzunu verdin ələ; Mələ, bəlkə, səsinə; Sevdiyim çoban gələ. (Bayatı).
Həmçinin bax:
Zoologiya. Uçarkən tez-tez yerə qonan bozrəngli, uzunquyruqlu quş; çobanquşu.
Azərbaycanın müxtəlif yerlərində müxtəlif şəkildə suda və ya süddə bişirilən aş. □ Qurban .. obalara gedib süd almalı və ağalar üçün çobanaşı bişirməli idi. (T.Ş.Simurq).
Musiqi. Tütəkdə çalınan xalq havalarından birinin adı. □ Şikəstəm, segahım, çobanbayatım; Bir şərbət dadıyır ağızda, dildə. (S.Vurğun).
Bax: çobanbayatı.
Ətdən bişirilən bozartma növü.
Botanika. Hündürlüyü bir metrə qədər olan çoxillik ot bitkisi.
Keçmişdə yuxarı təbəqədən olanların aşağı təbəqəyə mənsub olanlara verdikləri təhqiramiz ad. □ Çoban-çoluq oğlu bəy ilə bahəm olubdur; hamını bəyənməz. (M.Ə.Sabir).
Botanika. Yabanı halda bitən, kəklikotuna oxşar yeyilən ot bitkisi.
1. Musiqi. Əldə çomaqla oynanılan cəld rəqs; çobanlar rəqsi. □ Dostlar çobanı oynayırlar. 2. Musiqi. Həmin rəqsin musiqisi. □ Çobanı çalmaq. 3. Musiqi. Çobanbayatısı.
Sürünü qorumaq üçün saxlanılan iri, güclü it cinsi. □ Boz çobanitiləri yüyürüb furqonun dal-qabağında hoppanır, hürüşürdülər. (Mir Cəlal).
Bax: çobanaldadan.