Taxıl, ot və s. biçmək üçün qısadəstəli, dişli, yarımdairəvi kənd təsərrüfatı aləti; dişli oraq. □ Çinlə ot biçmək.
Dəfə, kərə. □ .. Məni dünya tanıyır. Sözü bir çin söyləyərəm. (C.Cabbarlı)
1. Təbəqə, qat, lay.
2. Qalaq, yığın. □ Dədə, mən də ocağın gözünə odun gətirmişəm – deyə üstəlik olaraq Həzi də çindən odun gətirir. (S.Rəhimov)
3. Sıra. □ Ləməyə iki çin əlvan zərli çini kasa və boşqab düzülərdi. (H.Sarabski)
Düz, doğru, düzgün. □ Səlimnaz arvad yuxusunun çin çıxdığını görüb hönkürdü. (M.Hüseyn)
Rütbə, vəzifə, xidmət dərəcəsi, poqon. □ .. Əvvələn, oğlun həştad min tümən pul verib, bir yaranallıq çini aldı. (Ə.Haqverdiyev)
Həmçinin bax:
Quşlarda, həşəratlarda və molyusklarda qidanın toplanması üçün qida borusunun yoğun hissəsi. □ ..öz balalarını ilk vaxtlarda çinədanında yumşaltdığı ətlə, sonralar kiçik quşlarla yemləyir.
Həmçinin bax:
1. Coğrafiya. Müxtəlif məmulat istehsal etmək üçün istifadə olunan əla gildən hazırlanmış süni mineral kütlə.
2. Sifət kimi: həmin kütlədən hazırlanmış. □ Qasid gəldi haf kimi; İncəlmişdi sap kimi; Gözlə, yarın qəlbini; Qırma çini qab kimi. (Bayatı).