İki dəstə oyunçunun çiliyi və ya topu ağacla vurub müəyyən məsafəyə çatdırmasından ibarət uşaq oyunu. □ ..yaşıl bir yastanada çilingağac oynamağa başladılar. (Ə.Abasov).
Həmçinin bax:
1. Doğuşdan, toydan və ya ölümdən keçən qırxgünlük müddət.
2. Qışın böyük və kiçik çillədən ibarət ilk iki ayı (60 gün). □ Qışın çilləsində isti sobanın, közərən buxarının qırağında oturan adam qızmar günləri fikrinə gətirib, damcılı bulağı xatırlayırdı. (S.Rəhimov).
Həmçinin bax:
1. Torpağın, kökləri bir-birinə sarışmış sıx ot bitkiləri bitmiş üst qatı, təbəqəsi.
2. Həmin qatdan kəsilmiş hissə. □ Uşaqlardan birisi yamacda çim kəsər, qalanları çimləri çılpaq kürəklərinə qalaq-qalaq yığıb sahilə daşıyar, çayın qolunun suyunu o biri tərəfə döndərərdilər. (İ.Hüseynov).
3. Üzəri cığ və s. su bitkiləri ilə örtülmüş lehməli su qatı. □ ..çim altından baxan qurbağa kimi iri, domba gözlərini qarovulçuya zilləmişdi. (P.Makulu).
1. Xalis, qatışığı olmayan və ya çox az olan. □ Qərənfil xala Camal əmiyə dörd iri fətir uzadaraq: – Bunları tək-tək qoy, çünki çim süddə yoğurmuşam, kiflənə bilər. (Ə.Vəliyev).
2. Başdan-başa, büsbütün. □ Xörək çim yağdır. Bu, ət deyil, çim piydir.