1. Dəridə, əksərən üzdə əmələ gələn qəhvəyi və ya sarımtıl rəngli xırda ləkələr, çillər; ləkə, xal. □ ..üzündə çopura oxşayan çil vardı. (Mir Cəlal).
2. Sifət kimi: müəyyən rəngdə olan heyvanların, əksərən quşların tükləri içində başqa rəngdə xırda ləkələr, xallar. □ Çil xoruz.
3. Parça üzərində, əksərən dairəvi şəkildə olan başqa rəngli xırda xallar. □ Parçanın çilləri.
Zoologiya. Tetraquşular ailəsindən ala-bəzək kiçik meşə quşu.
Botanika. Kökümsovlu çoxillik ot bitkisi.
Azərbaycan dilinin izahlı lüğəti1. Kotanın bıçaq, qoşqu qarmağı və s. bərkidilən uzun tirdən ibarət hissəsi. □ Yoxlama zamanı kultivatorun çiləsi .. və çərçivəsi üfüqi vəziyyətdə olmalıdır.
2. Böyük dərd, əzab. □ Mən qürbətdə ölərsəm qəlbinə salma çilə; Söylə, dostlar gömməsin nəşimi torpaqlara. (A.İldırım).
1. Sıçrantı halında, damcı-damcı tökmək, səpmək, sıçratmaq. □ Başına odekolon çiləmək.
2. Az-az, seyrək-seyrək yağmaq, səpələmək (yağış haqqında). □ Hava çiləyir.
3. Məcazi mənada: səpələmək. □ ..Bulanıq suya nə qədər nur çilədisə, onu parıldada bilmədi. (Ə.Vəliyev).
Həmçinin bax:
1. Damcı-damcı, sıçrantı halında tökülmək; səpilmək. □ Bəzən su damcıları yağış halında fəhlələrin üstünə səpələnir, üz-gözlərinə çilənirdi. (M.Hüseyn).
2. Məcazi mənada: səpilmək. □ Günəş elə bil ki, aşağı endi; Elə bil, daha gur işıq çiləndi. (N.Xəzri).