1. Başqa rənglə qarışıq boz rəng; açıq-boz və ya tünd-boz. □ Əziziyəm, yan dursun; Çal papağın yan dursun; Sən ki məni yandırdın; Allah səni yandırsın. (Bayatı).
2. Ağarmağa başlamış, dən düşmüş. □ Qoca çal qaşları altında gizlənmiş gözlərini yarı qapayaraq şagirdinə qulaq asdı. (Ə.Məmmədxanlı).
3. Bitkisi az olan və ya heç olmayan; boz. □ Çal təpələr, boz dağlar da xeyli uzaqdı; Nə mələyən cüyür vardı, nə qoyun-quzu. (Ə.Cəmil).
Həmçinin bax: