1. Qabığı, bərk şeyi dişlə bərk basaraq parçalamaq; xırdalamaq; sındırmaq. □ Tum çırtlamaq.
2. Gül açmağa başlamaq, açılmağa, cücərməyə başlamaq. □ ..Bizim yerdə bir yazda – gül çırtlayanda, bir də payızda – qoz çatlayanda bərk külək əsir. (Ə.Məmmədxanlı).
3. Məcazi mənada: yenicə doğmaq, çıxmaq (Günəş haqqında). □ Şərq üfüqlərində günəş yenicə çırtlamağa başlayırdı. (M.İbrahimov).
Həmçinin bax:
1. Bir və iki əlin bir neçə barmağını (adətən orta barmaqları baş barmağa) zərblə bir-birinə vurub çırt səsi çıxarma; çırtmıq.
2. Barmaqlardan birinin (adətən orta barmağın) ucunu baş barmağa dayayaraq zərblə vurma; çırtıq, çırtmıq.
Bax: çırtmaq.
Həmçinin bax:
1. Botanika. Çılpaqtoxumlu və örtülütoxumlu bitkilərin ləçək tacından və erkəkciklə dişicikdən ibarət çoxalma orqanı. □ Alma ağacı çiçəyi.
2. Çiçəkləri olan bitki; gül. □ Çiçək çox olan yerdə arı da olar, bal da. (Atalar sözü).
1. Tibb. Dəridə və selikli qişalarda qabarcıqlı səpgi və titrətmə-qızdırma şəklində təzahür edən ağır keçici xəstəlik. □ ..uşaqlıqda çiçək mərəzinə mübtəla olmağı üzündən məlum edirdi! (N.Nərimanov).
2. Həmin xəstəlikdən sonra dəridə və ya qoruyucu peyvəndin yerində qalan çatıqlar, batıqlar; çopur.
Həmçinin bax: