1. Çağırma, səsləmə; çağırma səsi. □ Şahpəri altdan-üstdən geyinib Daşdəmirin çağırışına getdi. (B.Bayramov).
2. Bir rəhbər ideyanı, siyasi tələbi qısa şəkildə ifadə edən müraciət; şüar. □ ..Qızıl Arslanın çağırışına birinci növbədə mən səs verirəm. (M.S.Ordubadi).
3. Bir iş görmək, vəzifəsini yerinə yetirmək üçün tələb və ya xahişlə bir yerə gəlmə. □ ..oğlu anasının çağırışını dərhal başa düşdü və yapıncılı-çuxalı eyvana çıxdı. (İ.Şıxlı).
4. Bir yerə çağırılmaq haqqında qısa yazılı məlumat. □ Ağabala hələ indiyə qədər çağırış almamışdı. (Mir Cəlal).
Həmçinin bax:
1. Birinin adını, yaxud təxəllüsünü, ləqəbini ucadan deyərək yanına gəlməsini, yaxınlaşmasını, ya da cavab verməsini istəmək. □ Mahirə .. durna boğazını yuxarı tutaraq çağırırdı: – Sarxan, Sarxan! (M.Hüseyn). Bağ olmayan yerdə böyürtkən özünü bağ çağırar. (Atalar sözü).
2. Bir yerə dəvət etmək. □ Toya çağırmaq.
3. Mühüm bir işi görməyə dəvət etmək, cəlb etmək, ruhlandırmaq. □ Vətəni müdafiəyə çağırmaq.
4. Adətən hərəkət bildirən bəzi isimlərlə birlikdə təklif etmək, tələb etmək mənasında tərkiblər əmələ gətirir. □ Sükuta çağırmaq.
5. İclas, müşavirə, kollegial orqan və s. üzvlərini məsələ həll etmək, məsləhətləşmək, bir qərar çıxarmaq üçün bir yerə yığmaq. □ İclas çağırmaq.
6. Çağırış vərəqəsi ilə birinin bir yerə gəlməsini xahiş və ya tələb etmək. □ Hərbi komissarlığa çağırmaq.
7. Məcazi mənada: hava ilə oxumaq. □ Bayatı çağırmaq. Aşıq gördüyünü çağırar. (Atalar sözü).
8. Məcazi mənada: arzu etmək, istəmək, həvəsində olmaq. □ İftara bir az qalanda mömin müsəlmanlar təsbeh çevirə-çevirə dodaqları duanı vird eləyəndə ürəkləri də plov çağırır. (C.Məmmədquluzadə).
Həmçinin bax: