1. Hər hansı bir vasitə və yolla yetişdirmək, vardırmaq; göndərilən ünvana, yerə, şəxsə, sahibinə vermək, təslim etmək; bildirmək, məlumat vermək. □ Aparıb yerinə çatdırmaq. Məktubu sahibinə çatdırmaq.
2. Müəyyən həddə, saya, dərəcəyə gətirib çıxarmaq. □ İşçilərin sayını otuza çatdırmaq.
3. Bir işi vaxtında yerinə yetirmək üçün imkanı olmaq, yetişdirə bilmək; gecikməmək. □ Zorla özümü qatara çatdırdım.
Həmçinin bax:
Qıldan hörülmüş qalın kəndir. □ Örkən, palaz, çatı toxu, ip tovla, yun dara; Təndir qala, bişir çörək, aş, ət, gavur qızı! (M.Ə.Sabir).
1. Binanı örtən kirəmitləri, dəmir lövhələrini saxlamaq üçün müxtəlif materiallardan (ağacdan, taxtadan, dəmirdən) quraşdırılmış maili örtü. □ Evin çatısı.
2. Bina və s. tikərkən üstündə durub işləmək üçün bir-birinə çatılmış ağac, taxta və ya dəmirdən qurulan dayaq; körpü.
Həmçinin bax: