1. Bir-birini kəsib keçən, xaç şəklində; xaçvarı, çataq. □ Çarpaz cizgilər.
2. Biologiya. Çarpaz cütləşdirilmiş və ya çarpaz tozlandırılmış. □ Çarpaz cütləşdirmə.
3. Biologiya. Zərf kimi: çarpaz cütləşdirilmiş və ya çarpaz tozlandırılmış. □ Miçurin bu iki bitkini bir-birilə çarpaz tozlandırmağa başladı. (M.Axundov).
4. Düymə, ilgək.
1. Çarpaz etmək, xaçvarı qoymaq. □ Əllərini sinəsində çarpazlaşdırmaq.
2. Biologiya. Yeni heyvan, bitki növü və ya cinsi almaq üçün müxtəlif növdən, cinsdən olan heyvanları cütləşdirmək və ya bitkiləri tozlandırmaq. □ Qarabağ atı ilə ərəb atını çarpazlaşdırmaq.
1. Bir-birini kəsmək, bir-birinin üstündən xaçvarı keçmək; kəsişmək. □ Dəmiryol xətlərinin çarpazlaşdığı yerdə qaranlığın içərisindən bir səs eşitdilər. (Ə.Sadıq).
2. Biologiya. Cütləşmə və ya tozlanma nəticəsində bir-birilə birləşmək (müxtəlif növdən, cinsdən olan heyvanlar və ya bitkilər haqqında). □ Hind-Çin və Afrika pambıq bitkiləri bir-birilə asanlıqla çarpazlaşır.
3. Dilçilik. Birləşmə prosesində bir-birinə qarşılıqlı təsir göstərmək (bu proses nəticəsində iki və ya bir neçə dilin, dialektin biri, bir qayda olaraq, aradan çıxır).