vatan (vətən) və fars. del (ürək) sözlərinin birləşməsindən yaranmış hibrid adlardandır.
Günəş ürəkli, qəlbi günəşə bənzəyən, vətənin ürəyi anlamını ifadə edən Aftandil adı Cənubi Qafqaz respublikalarının hər üçündə rast gəlinən adlardandır. Gürcüstanda isə nisbətən çoxdur desək, yəqin ki, anılmarıq. Avtandil Siqaladze və Anzor Totadzenin tərtib etdikləri “Личные и фамильные имена Грузии” (“Gürcüstanın şəxs adları və soyadları“) adlı kitabda Aftandil (gürcülərdə Avtandili) adının gürcü kişi adları sırasında on üçüncü yerdə olduğu qeyd edilmişdir. XX əsrin qırxıncı illərinə qədər Azərbaycanda, demək olar ki, bu ada təsadüf edilməmişdir. Məişətimizə Aftandil kişi adının daxil olması görkəmli gürcü yazıçısı Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” əsərinin Azərbaycan dilinə tərcümə edildiyi vaxta təsadüf edir. Əsərin üç sevilən qəhrəmanından biri olan Avtandilin şərəfinə ailələrdə dünyaya göz açmış oğlanlara onun adı verilirdi. Ş.Rustaveli əsərin giriş hissəsində dastan barədə məlumat verərkən qeyd edir ki, bu dastan əslində İrandan gürcülərə keçmişdir. Dastanı nəzmə çəkməsini, qələmə almasını xalqın dastana olan maraq və məhəbbəti ilə əlaqələndirir. Ş.Rustavelinin bu barədə fikirlərini dastanda baş verən hadisələrin Gürcüstanda deyil, Şərq ölkələrində, əsasən də Ərəbistanda və Hindistanda baş verməsi də bir daha təsdiq edir. Poemada kifayət qədər ərəb və fars sözlərinə rast gəlinir. Gürcü tədqiqatçıları özləri də adın mənşəyi ilə əlaqədar qeyd edirlər ki, Avtandil kişi adı ərəb-fars mənşəli olub, vatanin ürayi anlamındadır. Lakin bəzi araşdırıcılar, xüsusən də rus tədqiqatçıları heç bir elmi mənbəyə əsaslanmadan və adın mənası ilə əlaqədar şərh vermədən adın gürcü mənşəli olduğu barədə yazırlar. Azərbaycanda adın təhrif olunmuş forması Aftandil sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir. Yəqin ki, dilimizdə Avtandil adının sonralar Aftandil kimi işlənməsinə kar samitin (t) özündən əvvəlki cingiltili samitə (v) təsiri səbəb olmuşdur. Bu gün ad əsasən Aftandil şəklindədir. Aftandil adı Azərbaycan məişətində elə də uzunömürlü şəxs adlarından olmamışdır. Bu gün adın daşıyıcıları əsasən orta və yaşlı nəslin nümayəndələridir. Cənubi Qafqazın digər respublikalarında hələ də populyarlığını qoruyub saxlamış kişi adları sırasındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiAy əslində Yer kürəsinin peyki olub, onunla birlikdə Günəşin ətrafında fırlanan və gecələr inikas edən, Günəş işığı ilə işıqlanan səma cismidir. Bir antroponim olaraq əski türk adlarından hesab edilir.
Azərbaycan antroponimikasında Ay müstəqil ad kimi mövcud olmasa da, kifayət qədər mürəkkəb qadın və kişi adlarının tərkibində işlənir. Hazırda bəzi türk xalqlarının məişətində Ay antroponimi hələ də işlənməkdədir. Əsasən bir sıra sözlərin əvvəlinə, bəzi sözlərin isə sonuna qoşularaq həm qadın, həm də kişi şəxs adları əmələ gətirir. Məsələn, Aygün, Aynişan, Aydəmir, Günay, Gülay və s. Məlum olduğu kimi, müasir Azərbaycan dilində ay sözü bir neçə mənada işlənir: 1. Göy cismi. Türk dillərində səma cisimlərindən olan Ay Yerlə birlikdə Günəşin ətrafında dolanıb gecə qaranlığında inikas edən Günəşdən işıq alır; 2. Epitet kimi. Göründüyü kimi, adlarda işlənən ay elə aydır. Gecələr nur saçan səyyarədir. Müasir Azərbaycan dilində aydın sözü də Ay sözü ilə əlaqədardır. Məlum olduğu kimi, Ayın gözəlliyi şairləri, yazıçıları, eləcə də şair qəlbli insanları həmişə məftun etmişdir. Şərq poeziyasında olduğu kimi, müasir şeirimizdə də “ay” epitet olaraq işlədilir. Məsələn, Ay üzlü nigarım, kima mehman olacaqsan?... (N.Gəncəvi). Aymı hüsnünün asli, san Ayın xayalımı, Man indi hardan bilim, Ay göydami, yerdami?! (Rəfiq Zəka Xəndan); 3. İşıqlı, cəzb edə bilən, nurlu, aydın, işıqlı mənalarını ifadə edir; 4. İlin bölünmüş olduğu on iki hissədən biri; 5. Çağırış, müraciət, haylama, haraylama nidası. Bəzən sadəcə “A” kimi də işlənir. Məsələn, ay qız, ay əsgər, yaxud a bala, a qonşu və s.i; 6. Qəfildən doğan qorxu, diksinmə və s. kimi hisləri ifadə edir. Məsələn, ay, ilana baxın; ay bəxtsiz insan. Şəxs adlarında işlənən ay bu sözün ikinci mənası ilə əlaqədardır. Sonralar ay sözü şəxs adlarının tərkibində “ər” mənasında işlənməyə başlamışdır. Qədim türklərdə ata-babalarımızın məişətində ən əvvəl “ay” kişi adlarının bəzəyi olmuşdur. Əsatirlərə görə, Oğuz xanın oğlunun da adı “ər xan” anlamını ifadə edən Ayxan (bax: ad – AYXAN) olmuşdur. Türk xalqlarının bir çoxunda “ər doğdu” anlamını ifadə edən Aydoğdu antroponimi çox geniş yayılmış kişi adlarındandır. Müasir dövrümüzdə də rast gəldiyimiz kişi adlarının sonunda işlənən ay sozü bu mənadadır. Məsələn, Sabutay (bax: ad – SABUTAY), Xasay (bax: ad – XASAY), Tokay (bax: ad – TOKAY) və s. Bu şəxs adlarında ay kişi, igid, ər mənasındadır. Bu gün bir çox sözlərin əvvəlinə, bir sıra sözlərin isə sonuna ay sözünün əlavə edilməsi yolu ilə həm kişi, həm də qadın adlarının yaranması artıq dilimizdə ənənə halını almışdır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiayaz buludsuz, aydın qış gecələrində şaxta, dondurucu soyuq mənasında işlədilir.
Bu sözün mənası ilə bağlı digər izahlar da mövcuddur. Bu gün Ayaz adı Şərqdə çox məşhur kişi adlarındandır. Tarixdən məlum olduğu kimi, türklər qulları ayaz deyə çağırırmışlar. Sultan Mahmud Qəznəvinin gənc və gözəl nökərinin də adı Ayaz (Əbunəcm Oymaq Ayaz) olmuşdur. Sultan qulunun çox ağıllı və cəsarətli olduğunu görüncə, ona Əbunəcm, yəni “ulduzların atası” adını da vermişdi. Buna səbəb Şərq poeziyasında zülmkar kimi tanınmış Sultan Mahmudla fərasətli, ağıllı, eyni zamanda heç bir hüquqa malik olmayan qul Ayaz arasında inanılmaz səmimi münasibətin dönə-dönə qələmə alınmasıdır. Ağıllı və cəsarətli qul ilə Sultan Mahmud arasında oıan münasibətlər ”Mahmud və Ayaz” adlı mənzumələrdə öz əksini tapmışdır. Ayaz antroponimi populyarlığını günümüzdə də saxlamışdır. İstedad, cəsarət və sədaqət rəmzinə çevrilmiş Ayaz adını XX əsrdə valideynlər öz oğlan övladlarına sevə-sevə verirdilər. Adın təhrif olunmuş forması Əyaz sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir. Bu gün ad müşahidəediləcək dərəcədə azalmışdır desək, yəqin ki, səhv etmərik.
Azərbaycan şəxs adlarının izahlı lüğətiAyaz adı və mürəkkəb adların tərkibində işlənən arxaikləşmiş xan titulunun birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Ayazxan (bax: ad – AYAZ; XAN) mürəkkəb şəxs adının tərkibində olan qul və xan sözləri tam bir-birinə zidd sözlərdir. Əminliklə demək olar ki, antroponimin tərkibindəki ayaz sözü dondurucu soyuq, şaxta anlamındadır. Ayazxan kişi adı Ayaz xan anlamındadır. Adın təhrif olunmuş forması Əyazxan da sonradan müstəqil kişi adı kimi formalaşmışdır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiAyaz və ərəb. mürəkkəb adların hissəsi kimi çıxış edən Əli adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Ayazəli (bax: ad – AYAZ; ƏLİ) kişi adı üstün olan, yüksəkdə olan mənasındadır. Adın təhrif olunmuş forması Əyazəli də sonradan müstəqil kişi adı kimi formalaşmışdır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiayat ayə sözünün cəmidir. İslam dini ilə əlaqədar Ayət kişi adı “Quran” surələrinin müstəqil mənası olan cümlələr,”Quran”ı ərsəyə gətirən cümlələr, həmçinin hökm, qanun, əmr mənasındadır. Adın təhrif olunmuş forması Ayat da sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiAyat adı və mürəkkəb adların tərkibində işlənən Ül- lah sözlərinin birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Əslində Ayətullah (bax: ad – AYƏT; ÜLLAH) olan kişi adı Allahın hökmü, əmri, buyurduğu anlamlarını ifadə edir. Adın təhrif olunmuş forması Ayatulla da sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir. Məişətimizdə Ayətullah adı bu gün yalnız Ayatulla formasında mövcuddur.
Azərbaycan şəxs adlarının izahlı lüğəti