ayaz buludsuz, aydın qış gecələrində şaxta, dondurucu soyuq mənasında işlədilir.
Bu sözün mənası ilə bağlı digər izahlar da mövcuddur. Bu gün Ayaz adı Şərqdə çox məşhur kişi adlarındandır. Tarixdən məlum olduğu kimi, türklər qulları ayaz deyə çağırırmışlar. Sultan Mahmud Qəznəvinin gənc və gözəl nökərinin də adı Ayaz (Əbunəcm Oymaq Ayaz) olmuşdur. Sultan qulunun çox ağıllı və cəsarətli olduğunu görüncə, ona Əbunəcm, yəni “ulduzların atası” adını da vermişdi. Buna səbəb Şərq poeziyasında zülmkar kimi tanınmış Sultan Mahmudla fərasətli, ağıllı, eyni zamanda heç bir hüquqa malik olmayan qul Ayaz arasında inanılmaz səmimi münasibətin dönə-dönə qələmə alınmasıdır. Ağıllı və cəsarətli qul ilə Sultan Mahmud arasında oıan münasibətlər ”Mahmud və Ayaz” adlı mənzumələrdə öz əksini tapmışdır. Ayaz antroponimi populyarlığını günümüzdə də saxlamışdır. İstedad, cəsarət və sədaqət rəmzinə çevrilmiş Ayaz adını XX əsrdə valideynlər öz oğlan övladlarına sevə-sevə verirdilər. Adın təhrif olunmuş forması Əyaz sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir. Bu gün ad müşahidəediləcək dərəcədə azalmışdır desək, yəqin ki, səhv etmərik.
Azərbaycan şəxs adlarının izahlı lüğəti