kamal ad-din sözündəndir. Kəmaləddin (bax: ad – KA- MAL; ƏD-DİN) kişi adı dinin yetkinliyi, kamilliyi, mükəmməlliyi anlamlarını ifadə edir.
Adın təhrif olunmuş forması Kamaləddin də sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir. Bu gün məişətimizdə ad həm Kəmaləddin, həm də Kamaləddin kimi mövcuddur. Azərbaycan dilində əddin sonluğu ilə bitən adların əksəriyyəti kimi, Kamaləddin/Kəmaləddin adından da soyad formalaşmamışdır.
Azərbaycan şəxs adlarının izahlı lüğətikanan sözündəndir.
Miladdan əvvəl Ön Asiyanın bəzi xalqları Fələstin, Finikiya və Suriyanın bir hissəsini “Ərzi-Kənan”, yəni Kənan ölkəsi adlandırırdı. Türk antroponimik vahidlər sistemində mövcud Kənan kişi adı da bu yerin adındandır. Rəvayətə görə, Nuh Peyğəmbərin oğlunun adı da Kənan olmuşdur. Dini ədəbiyyatda Yaqub Peyğəmbərin vətəni kimi (Fələstin) göstərilir. Bəzi mənbələrdə gözəl oğlan mənasında olması ilə bağlı mülahizələr mövcuddur. Bu gün ərəb dünyasında olduğu kimi, türk xalqlarında, eləcə də məişətimizdə Kənan kişi adı çox geniş yayılmışdır.
Azərbaycan şəxs adlarının izahlı lüğətikangar sözündəndir.
Kəngər/Kəngərli tayfası xalqımızın təşəkkülündə iştirak etmiş türk mənşəli tayfalardan birinin adındandır. Kəngərlər Oğuz boylarından olan Beçenek/Peçeneq/Bacanak boyunu əmələ gətirən səkkiz oymaqdan biri olmuşdur. Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan Kəngər bu gün yalnız soyadlarda yaşayan kişi adlarındandır. Kəngərli soyadı Azərbaycanda geniş yayılmışdır. Bu soyadı daşıyan bir çox tanınmış şəxsiyyətlər də məlumdur. Abbasqulu xan Kəngərli (1780–1783) Naxçıvan xanı (1787) olmuşdur. Azərbaycan təsviri sənətində realist dəzgah boyakarlığının təşəkkülü, portret və mənzərə janrlarının formalaşması Kəngərlinin (1892-1922) adı ilə bağlıdır.
Azərbaycan şəxs adlarının izahlı lüğətikaramat sözündəndir. Kəramət ərəb dilində qiymətli, üstün olan, gözəl, ikram, yaxşı, əxlaqlı, comərd olmaq mənalarına gəlir.
Qeyd etmək lazımdır ki, bütün dinlərdə, həmçinin məzhəblərdə Tanrıya, Yaradana daha yaxın hesab edilən seçmə şəxslər olmuşdur. Müsəlman dinində də belə qəbul edilmişdir. İslam dininə etiqad göstərənlər arasında belə bir inam mövcuddur ki, Allaha daha yaxın olan şəxslər, eləcə də imamlar sayılmışlardan olmuş, xüsusi keyfiyyətlərə malikdir. İslam dinində Məhəmməd Peyğəmbərə və on iki imama aid edilən bu xüsusiyyətlər müsəlman dünyasında “möcüzə”, digər müqəddəslərə, yəni seyidlərə gəldikdə isə “kəramət” adlanır. Dini bir termin olaraq Allahın mömin, təqva sahibi, saleh, vəli qullarında zühur edən fövqəladə, xariqüladə hal sayılır. İslam dininə görə, Kəramət gözə qadir olub, amma gözəgörünməz olan (Allah) tərəfindən əta edilən xariqüladə işlər, möcüzələr və s. anlamları ifadə edir. Kəramət və möcüzə xariqüladə halları ifadə edən bir termin kimi “Qu- ran”da və hədislərdə işlədilməmişdir. İlk zamanlarda ümumiyyətlə “ayə” termini ilə ifadə edilən bu cür hadisələr üçün VIII əsrdən etibarən kəramət sözü istifadə edilməyə başlanmışdır. Kəramət termininin sonrakı dövrlərdə ortaya çıxması bu halların “Quran” və hədislərdə olmaması demək deyildir. “Qurani-Kərim”də keçən bir çox hadisələr kəramət nümunələri olaraq görünmüşdür. Bu ayələrdə haqqında danışılan kəslər peyğəmbər olmamalarına baxmayaraq, onlardan xariqüladə hallar zühur etmişdir.
Müasir Azərbaycan dilində kəramət sözü ilə bağlı Allahın karamati, karamat etmak, karamat sahibi Allah və s. kimi kifayət qədər ümumişlək ifadələr də mövcuddur. Bu gün məişətimizdə unudulmaqda olan Kəramət kişi adının daşıyıcıları, əsasən, orta və yaşlı nəslin nümayəndələridir.
Azərbaycan şəxs adlarının izahlı lüğətikarbala sözündən olub, dilimizə tərcümədə kədər, bəla, bədbəxtlik məkanı deməkdir. Kərbəlayı (danışıqda, əsasən, Kəblə) İraqdakı Kərbəla şəhərinin adındandır.
Bağdaddan yüz kilometr cənub-qərb tərəfdə yerləşir, müsəlmanların müqəddəs ziyarətgahlarındandır. 680-ci il oktyabrın 10-da Əli öz silahdaşları ilə birlikdə Kərbəla yaxınlığında öldürülmüşdür. Kərbəlayı kişi adı İraqın Kərbəla şəhərindəki imam Hüseynin müqəddəs məzarını ziyarət edən adamlara verilən fəxridini addan-tituldan yaranmışdır. Məlum olduğu kimi, Azərbaycan şəxs adları sistemində tituldan formalaşmış kifayət qədər antroponim mövcuddur. Kərbəlayı da bu qəbildən olan kişi adları sırasındadır. Bu gün məişətimizdə unudulmaqda olan Kərbalayı kişi adının daşıyıcıları, əsasən, orta və yaşlı nəslin nümayəndələridir. Adın təhrif olunmuş formaları Kəbleyi, Kəblə də sonradan müstəqil kişi adları kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğətikaram sözü dilimizdə lütf, mərhəmət, inayət, lütfkarlıq, mərhəmət, əliaçıqlıq, bağışlama, comərdlik mənalarını ifadə edir.
Türk antroponimik vahidlər sistemində mövcud Kərəm kişi adı XX əsrdə məişətimizdə geniş yayılmış şəxs adları sırasında olmuşdur. Bu gün məişətimizdə Kərəm kişi adının daşıyıcıları, əsasən, orta və yaşlı nəslin nümayəndələridir. Kərəm adı xalqımızın şifahi yaradıcılığında əsas yer tutan, orta əsrlərə aid “Əsli və Kərəm”, “Qaçaq Kərəm” kimi dastanlarımızda əsas surətlərin adındandır. Bu da Kərəm antroponiminin məişətimizdə artıq XIII–XIV əsrlərdən artıq mövcud olduğunun göstəricisidir. Adın daşıyıcılarından I Qarabağ müharibəsində Laçın şəhərinin Mazutlu kəndi uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak olmuş Kərəm Mirzəyev (1960-1992) Azərbaycanın Milli Qəh- rəmanı (ölümündən sonra) adına layiq görülmüş vətənpərvər oğullarımızdan olmuşdur.
Azərbaycan şəxs adlarının izahlı lüğətiKarim sözü dilimizdə ulu Tanrıya aid kərəm və səxavət sahibi, lütf və ehsan sahibi, mərhəmətli, inayətkar mənasındadır.
Allahın məlum 99 adından biri olan əl-Kərim çox comərd mənasındadır. Keçən əsrdə olduğu kimi, bu gün də Kərim məişətimizdə çox geniş yayılmış kişi adları sırasındadır. Adın daşıyıcılarından mühəndis xidməti general-leytenantı Kərim Kərimov (1917-2003) 1945-ci ildən iyirmi il SSRİ Müdafiə Nazirliyinin aparatında müxtəlif vəzifələrdə işləyərək, böyük mühəndisdən kosmik vasitələr idarəsinin rəisliyinə qədər yüksəlmişdir. 1965-ci ildə sahə sənaye nazirlikləri yarandıqda K.Kərimov Ümumi Maşınqayırma Nazirliyində Baş kosmik idarəyə rəhbərlik etmişdir. Sovet sənayesi “Soyuz” uçan pilotlu gəmilərin istehsalında böyük səy göstərən dövrdə K.Kərimov bu gəmilərin uçuşu üzrə dövlət komissiyasının sədri təsdiq olunmuş, bu vəzifədə fasiləsiz olaraq 25 il xidmət etmişdir. Kərimov bir sıra orden və medallarla təltif olunmuşdur. Yerin zondlaşdırılması üçün oriyentirli peykləri yaratdığına görə Lenin, bir sıra beynəlxalq uçuşların müvəffəqiyyətlə həyata keçirilməsinə görə SSRİ Dövlət mükafatlarına layiq görülmüşdür.
Azərbaycan şəxs adlarının izahlı lüğəti