Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

KƏRAMƏT ərəb.

karamat sözündəndir. Kəramət ərəb dilində qiymətli, üstün olan, gözəl, ikram, yaxşı, əxlaqlı, comərd olmaq mənalarına gəlir.

Qeyd etmək lazımdır ki, bütün dinlərdə, həmçinin məzhəblərdə Tanrıya, Yaradana daha yaxın hesab edilən seçmə şəxslər olmuşdur. Müsəlman dinində də belə qəbul edilmişdir. İslam dininə etiqad göstərənlər arasında belə bir inam mövcuddur ki, Allaha daha yaxın olan şəxslər, eləcə də imamlar sayılmışlardan olmuş, xüsusi keyfiyyətlərə malikdir. İslam dinində Məhəmməd Peyğəmbərə və on iki imama aid edilən bu xüsusiyyətlər müsəlman dünyasında “möcüzə”, digər müqəddəslərə, yəni seyidlərə gəldikdə isə “kəramət” adlanır. Dini bir termin olaraq Allahın mömin, təqva sahibi, saleh, vəli qullarında zühur edən fövqəladə, xariqüladə hal sayılır. İslam dininə görə, Kəramət gözə qadir olub, amma gözəgörünməz olan (Allah) tərəfindən əta edilən xariqüladə işlər, möcüzələr və s. anlamları ifadə edir. Kəramət və möcüzə xariqüladə halları ifadə edən bir termin kimi “Qu- ran”da və hədislərdə işlədilməmişdir. İlk zamanlarda ümumiyyətlə “ayə” termini ilə ifadə edilən bu cür hadisələr üçün VIII əsrdən etibarən kəramət sözü istifadə edilməyə başlanmışdır. Kəramət termininin sonrakı dövrlərdə ortaya çıxması bu halların “Quran” və hədislərdə olmaması demək deyildir. “Qurani-Kərim”də keçən bir çox hadisələr kəramət nümunələri olaraq görünmüşdür. Bu ayələrdə haqqında danışılan kəslər peyğəmbər olmamalarına baxmayaraq, onlardan xariqüladə hallar zühur etmişdir.

Müasir Azərbaycan dilində kəramət sözü ilə bağlı Allahın karamati, karamat etmak, karamat sahibi Allah və s. kimi kifayət qədər ümumişlək ifadələr də mövcuddur. Bu gün məişətimizdə unudulmaqda olan Kəramət kişi adının daşıyıcıları, əsasən, orta və yaşlı nəslin nümayəndələridir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti