karam sözü dilimizdə lütf, mərhəmət, inayət, lütfkarlıq, mərhəmət, əliaçıqlıq, bağışlama, comərdlik mənalarını ifadə edir.
Türk antroponimik vahidlər sistemində mövcud Kərəm kişi adı XX əsrdə məişətimizdə geniş yayılmış şəxs adları sırasında olmuşdur. Bu gün məişətimizdə Kərəm kişi adının daşıyıcıları, əsasən, orta və yaşlı nəslin nümayəndələridir. Kərəm adı xalqımızın şifahi yaradıcılığında əsas yer tutan, orta əsrlərə aid “Əsli və Kərəm”, “Qaçaq Kərəm” kimi dastanlarımızda əsas surətlərin adındandır. Bu da Kərəm antroponiminin məişətimizdə artıq XIII–XIV əsrlərdən artıq mövcud olduğunun göstəricisidir. Adın daşıyıcılarından I Qarabağ müharibəsində Laçın şəhərinin Mazutlu kəndi uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak olmuş Kərəm Mirzəyev (1960-1992) Azərbaycanın Milli Qəh- rəmanı (ölümündən sonra) adına layiq görülmüş vətənpərvər oğullarımızdan olmuşdur.
Azərbaycan şəxs adlarının izahlı lüğəti