Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

KƏRBƏLAYI ərəb.

karbala sözündən olub, dilimizə tərcümədə kədər, bəla, bədbəxtlik məkanı deməkdir. Kərbəlayı (danışıqda, əsasən, Kəblə) İraqdakı Kərbəla şəhərinin adındandır.

Bağdaddan yüz kilometr cənub-qərb tərəfdə yerləşir, müsəlmanların müqəddəs ziyarətgahlarındandır. 680-ci il oktyabrın 10-da Əli öz silahdaşları ilə birlikdə Kərbəla yaxınlığında öldürülmüşdür. Kərbəlayı kişi adı İraqın Kərbəla şəhərindəki imam Hüseynin müqəddəs məzarını ziyarət edən adamlara verilən fəxridini addan-tituldan yaranmışdır. Məlum olduğu kimi, Azərbaycan şəxs adları sistemində tituldan formalaşmış kifayət qədər antroponim mövcuddur. Kərbəlayı da bu qəbildən olan kişi adları sırasındadır. Bu gün məişətimizdə unudulmaqda olan Kərbalayı kişi adının daşıyıcıları, əsasən, orta və yaşlı nəslin nümayəndələridir. Adın təhrif olunmuş formaları Kəbleyi, Kəblə də sonradan müstəqil kişi adları kimi rəsmiləşmişdir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti