asad sözündən olub, dilimizə hərfi tərcümədə şir, aslan mənasındadır.
Həzrət Əlinin ləqəbindən yaranmış antroponimdir. Azərbaycan antroponimikasında aslan, şir mənasını ifadə edən Heydər, Zeyqəm, Qəzənfər, Aslan, Şiraslan, Ruslan və s. kişi adları sırasındadır. Əsəd ərəblərdə həm də bürc adıdır. Eyni zamanda Əsəd qədim astrologiyada məlum 12 bürcdən beşincisinin adıdır. Bu gün ərəb dünyasında oluğu kimi, türk xalqlarının məişətində də Əsəd geniş yayılmış kişi adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiƏsad adı və mürəkkəb adların tərkibində işlənən Üllah sözünün birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Əslində Əsədullah (bax: ad – ƏSƏD; ÜLLAH) olan kişi adı Allahın aslanı mənasını ifadə edir. İslam dini ilə əlaqədar şəxs adlarından olan Əsədullah Həzrət Əlinin ləqəbindən yaranmışdır. Adın təhrif olunmuş forması Əsədulla da sonradan müstəqil şəxs adı kimi rəsmiləşmişdir. Bu gün məişətimizdə ad yalnız Əsədulla şəklindədir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiasan sözündəndir. Əsən dilimizdə bir neçə anlamı ifadə edir: 1. Sağlam, gümrah, salamat; 2. Xalis, saf, təmiz; 3. Zəkalı, ağıllı, kamallı; 4. Külək (əsməklə əlaqədar).
Bir çox tarixi mənbələrdə Xürrəmilər hərəkatının başçısı Babəkin (bax: ad – BABƏK) də əsl adının Əsən olması ilə bağlı məlumatlar vardır.Azərbaycanda artıq köhnəlmiş, daha doğrusu, unudulmuş kişi adlarından hesab edilir. Bu, əsasən, Əsənlə Həsən (bax: ad – HƏ- SƏN) adının qarışdırılması ilə əlaqədar olmuşdur desək, yəqin ki, yanılmarıq. Tarixdən məlum olduğu kimi, XII əsrdə Qarabağın dağlıq hissəsində yaşayan albanların Xaçın hakiminin adı Əsən Cəlal olmuşdur. Bu adın tərkibindəki Cəlal orta əsrlərdə geniş yayılmış cəlal-üd-dövlə titulunun qısaldılmış formasıdır (bax: ad – CƏLAL). Hakimin adı əslində Əsən olmuşdur. Lakin dilimizdən rus dilinə tərcümədə adın əvvəlinə h səsi əlavə edilərək səhvən Qasan, Xasan kimi yazılmışdır. Ruscadan da dilimizə tərcümə zamanı yanlışlıq nəticəsində Həsən kimi getmiş, nəticədə Əsən adı Həsən adı kimi göstərilmişdir. Tarixi mənbələrdə o da qeyd edilir ki, XII əsrdə İslamın qatı əleyhdarının adı Həsən ola bilməzdi. Hazırda da qədim türk dillərində geniş yayılmış kişi adlarından hesab edilən Əsən şəxs adı Türkiyədə, eləcə də türk dünyasında populyar adlardandır. Türk dilində şəxs adlarının izahlı lüğətlərində Əsən kişi adının (bu gün türk dilində Esen biçimindədir) geniş yayılmış kişi adlarından olması, sağ, sağlam, rahat, sağlıqlı, həmçinin külək mənasını ifadə etməsi ilə bağlı məlumatlar mövcuddur. Hətta türklərdə Əsən/Esen şəxs adı Esener (Əsənər), Esengün (Əsəngün), Esentürk (Əsəntürk) və s. mürəkkəb adların komponenti kimi çıxış edir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiasgar sözündəndir. Adətən Əsgər sözünün iki mənası göstərilir: 1) hərbi xidmətdə olan adam, dövlətin və ölkənin mühafizəsi ilə əlaqədar olaraq orduda xidmət edənlər; 2) balaca, kiçik.
Müasir Azərbaycan dilində əsgər, sıravi hərbi qulluqçu, hərbi xidmətdə olan, vətən qarşısında hərbi borcunu ödəyən şəxs, rütbəsiz hərbi qulluqçu anlamlarındadır. Eləcə də hərbi xidmətçi, qoşun, silahlı dəstə içində xidmət edən, orduya mənsub, yeni xidmətə çağırılmış adam mənaları da vardır. Mənbələrdə Əsgər antroponiminin ilkin mərhələdə Əsğər biçimində olması, kiçik mənasını ifadə etdiyi, sonradan dilçilikdə kontaminasiya adlanan hadisə nəticəsində Əsğər®Əsgər əvəzlənməsinin baş verməsi barədə məlumatlara da rast gəlinir. Bu gün Əsgər adı Azərbaycanda olduğu kimi, türk dünyasında da (bəzən Asker şəklində) geniş yayılmış antroponimlərdən hesab edilir. Dilimizin şəxs adları sistemində tərkibində Əsgər adının iştitak etdiyi mürəkkəb kişi adları da mövcuddur. Azərbaycan ərazisində Əsgər ad ilə əlaqədar toponimlər də kifayət qədərdir. Məsələn, Əsgərabad, Əsgərbəyli, Əsgəran və s.
Azərbaycan şəxs adlarının izahlı lüğətiashaba sözündəndir (sahib sözünün cəmidir). Əshab dilimizdə heç bir məna ifadə etmir.
Dilimizin şəxs adları sistemində Əshabə qadın adı (bax: ad – ƏSHABƏ) mövcuddur. Əshabə sözü dilimizdə Məhəmməd Peyğəmbərin və imamların yaxın adamları, həmçinin tərəfdar, daim birinin yanında olan anlamlarındadır. Əshab kişi adı Əshabə qadın adından son saitin düşməsi yolu ilə yaranmışdır. Dilimizin şəxs adları sistemində bu yolla yaranmış kifayət qədər şəxs adları mövcuddur. Məsələn, Elmin, Elnar, Samir və s.
Azərbaycan şəxs adlarının izahlı lüğətiasmat sözündəndir.
Qeyd etmək lazımdır ki, Azərbaycan antroponimikasında müştərək şəxs adları sırasında olan Əsmət kişi adı ilə qadın adı fərqli mənalar ifadə edir. Ərəb dilində əsmət/ismət sözü iki məna ifadə edir: 1. Paklıq, təmizlik, namus, irz, həya, abır; 2. Müdafiə, təəssüb, himayə, qoruma. Adın təhrif olunmuş forması İsmət də sonradan müstəqil şəxs adı kimi rəsmiləşmişdir. Əsmət/İsmət kişi adı ərəb dilində sözün ikinci mənası ilə əlaqədardır, himayə, qoruma (təmizliyi), müdafiə (namusu, paklığı) mənasındadır. Əsmət/İsmət qadın adı (bax: qadın adı – ƏSMƏT/İSMƏT) sözün birinci mənası ilə əlaqədardır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiaçraf sözündəndir.
Əşrəf kişi adı çox şərəfli, əziz, möhtərəm, şərafətli, mübarək, uğurlu anlamlarını ifadə edir. Qeyd etmək lazımdır ki, erkən dövrlərdə əşrəflər müsəlman cəmiyyətinin daha bir nüfuzlu təbəqəsini təşkil edirdilər. Möminlər arasında da mühüm nüfuza malik olmuş əşrəflər müsəlman aləmində uzun müddət nüfuzlarını qoruyub saxlamağa müvəffəq olmuşlar. XX əsrdə məişətimizdə geniş yayılmış Əşrəf kişi adı bu gün artıq unudulmaqda olan şəxs adları sırasına keçmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiata (pay, bəxşiş, hədiyyə) və Üllah sözlərinin birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Əslində Ətaullah (bax: – ÜL- LAH) olan kişi adı Allahın, Tanrının hədiyyəsi mənasını ifadə edir. Azərbaycan antroponimikasında eyni mənanı ifadə edən Allahverdi, Tanrıvardi, Xudaverdi və s. kimi kişi adları sırasındadır. Adın təhrif olunmuş forması Ətaulla da sonradan uzun müddət müstəqil şəxs adı kimi işlənmişdir. Dilimizin fonetik qanunlarına əsasən, iki sözün birləşməsindən (birinci söz saitlə bitib, ikinci söz saitlə başlayarsa) əmələ gələn adlarda yanaşı gələn satlərdən birinin düşməsi nəticəsində Ətaulla kişi adı bu gün Ətulla formasındadır. Adın təhrif olunmuş forması Atulla da sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiavaz sözü, dilimizdə qarşılıq, bir kəsin yerini tuta bilən (adam), mükafat, muzd, haqq, həmçinin qisas, intiqam anlamlarını ifadə edir.
Əvəz kişi adı sözün birinci mənası ilə əlaqədardır, yəni bir kəsin yerini yuta biləcək (adam) anlamındadır. XX əsrdə məişətimizdə geniş yayılmış kişi adlarından olsa da, bu gün müşahidəediləcək dərəcədə azalmışdır. Azərbaycan antroponimikasında Əvəz adı ilə yanaşı, tərkibində adın işləndiyi mürəkkəb şəxs adları mövcuddur.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların tərkibində işlənən Əvaz adı və azərb. bala sözünün birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Ailələrdə adətən valideynlər, yaxınlar dünyadan köçmüş əziz, doğma kişiləri (yaxın qohumlardan, dostlardan olan) nəzərdə tutaraq dünyaya gələn oğlan uşaqlarına Əvəzbala (bax: ad – ƏVƏZ; BALA), yəni gedənin yerinə Tanrının verdiyi bala adını vermişlər.
Azərbaycan şəxs adlarının izahlı lüğəti