Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

SƏNƏM

ərəb. sanam (əslində sanam) sözündən olub, büt, pərəstiş edilən mənasındadır.

İslama qədər ərəblərin pərəstiş etdikləri bütlərdən birinin adındandır. İslam qəbul edildikdən sonra yalnız klassik poeziyada gözəlin epiteti kimi işlənmişdir. Klassik ədəbiyyatda ən çox rast gəlinən söz və ifadələr sırasında olan sənəm gözələ, dilbərə işarədir. Sənəm qadın adı da gözəlin epiteti ilə əlaqədar olub, dilbər, çox gözəl, incə, nazəndə xanım mənalarındadır. Azərbaycan antroponimikasında tərkibində Sənəm adının komponent olaraq iştirak etdiyi kifayət qədər mürəkkəb qadın adı mövcuddur.

Azərbaycan şəxs adlarının izahlı lüğəti