ing. humour – komizm, məzə > lat. humor – rütubət
Tərbiyəvi əhəmiyyət daşıyan bədii gülüş.
Satiradan fərqli olaraq yumor ifşaedici deyil, islahedici, xoşməramlı gülüşdür. O, oxucuda qəzəb, nifrət yox, təəssüf hissi doğurur. Həyatdakı gülünc, komik hadisələri, insanların zəif cəhətlərini və nöqsanlarını əks etdirən əsərlərdə yumordan istifadə edilir. C.Məmmədquluzadənin “Poçt qutusu” hekayəsində oxucu Novruzəliyə yumor hissi ilə gülür. Şifahi xalq ədəbiyyatında, xüsusilə lətifələrdə yumora geniş yer verilir.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiBaş cümlədəki hərəkətin, əlamətin zamanını bildirib nə vaxt? nə zaman? haçan? suallarından birinə cavab olan budaq cümlə.
Zaman budaq cümləsində baş cümlə budaq cümlədən əvvəl və sonra gələ bilər. Baş cümlə əvvəl gəldiyi zaman əlaqə vasitəsi ki tabelilik bağlayıcısı olur. Bu zaman baş cümlədə o vaxt, onda, o zaman, o vədə, elə bir vaxtda və bu kimi əvəzlik-qəliblər işlənir; məs.: Mən onda kəndə çatdım ki, hava qaranlıqlaşırdı. İnsanlar öz məskənlərinə o zaman qayıtdılar ki, su, od və vicdanla yoldaş oldular (İ.Şıxlı). Budaq cümlənin baş cümlədən əvvəl gəldiyi cümlələrdə əlaqə vasitəsi o zaman ki, o gün ki, o vaxt ki, nə zaman ki, nə vaxt ki, haçan ki, elə ki və s. bağlayıcı sözlər olur. Bu zaman baş cümlədə əvəzlik-qəlib qarşılıq söz kimi iştirak edir (işlənməyə də bilər); məs.: Elə ki məclis qurtardı, hamı dağılışdı.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiTabesiz mürəkkəb cümlələrin tərkib hissələri arasındakı məna əlaqələrindən biri.
Zaman əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələrində eyni zamanda baş verən hadisələr sadalanır. Zaman məna əlaqəsi birləşdirmə, inkar, iştirak bağlayıcıları və intonasiya vasitəsilə əlaqələnə bilir; məs.: Küçələrdə maşınlar şütüyür, adamlar işə tələsirdilər. Həm yağış yağır, həm də göy guruldayırdı. Zaman əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələrinin yerini dəyişdikdə, əsasən, məna dəyişmir.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiHərəkət və ya əlamətin zamanını bildirən zərf.
Nə zaman? nə vaxt? haçan? nə vaxtdan? nə vaxtadək? və s. suallardan birinə cavab verir; məs.: Mən hələ də (nə zaman?) kitabı ala bilməmişəm. Yenə (nə zaman?) göy üzünü duman bürüyüb. Zaman zərfləri quruluşca sadə, düzəltmə və mürəkkəb olur. Sadə zaman zərfləri: dünən, indi, inişil, daim, bi`ldir, axşam, səhər, gecə, sabah, bayaq, sonra, gec, tez, hələ, həmişə, əvvəl, yenə, dərhal və s. Düzəltmə zaman zərfləri: hələlik, çoxdan, hərdən, onda, gündə, ildə, ayda, yayda və s. Mürəkkəb zaman zərfləri: günü-gündən, kəlməbaşı, haçandan-haçana, arabir, əvvəl-axır, aybaay, anbaan, ara-sıra, hərdənbir, birdən-ikidən, axşamtərəfi, günorta, səhər-səhər, səhərçağı və s.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiİşin, hərəkətin, hadisənin zamanını bildirən zərflik.
Nə vaxt? nə zaman? haçan? nə vaxtadək? nə vaxta kimi? nə vaxta qədər? suallarına cavab verir. Zaman zərfliyi, əsasən, zaman zərfi, isim, feili bağlama və ismi birləşmələrlə ifadə olunur; məs.: Dünən gəldi. Mən gələndə onu gətirdim. İlin sonunda camaat yaylağa gəlir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiHərəkəti müxtəlif cəhətlərdən izah edən əsas nitq hissəsi.
Zərflər necə? nə cür? nə zaman? haçan? nə vaxt? hara? nə qədər? və s. suallarından birinə cavab olur. Zərf cümlədə, əsasən, feilə aid olaraq onun tərzini, zamanını, yerini və miqdarını bildirir; məs.: yaxşı danışır, çox oxuyanda, yuxarı getmək, dünən gələn və s. Zərfin ifadə etdiyi məna baxımından dörd növü var: zaman zərfi, tərzi-hərəkət zərfi, yer zərfi və miqdar zərfi.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiİş və hərəkətin yerini, zamanını, kəmiyyətini, tərzini, səbəb və məqsədini bildirən cümlə üzvü.
Zərfliyin əsas ifadə vasitəsi zərf və feili bağlamadır. Zərfliklər quruluşca sadə və mürəkkəb olur. Sadə zərfliklər nitq hissələri ilə ifadə olunur: Dünən yaman yağış yağdı. Mürəkkəb zərfliklər isə söz birləşmələri ilə ifadə olunur: Qonaqları evlərinə ötürüb gələndə yolu azdım. Zərfliyin 6 məna növü var: tərzi-hərəkət zərfliyi, zaman zərfliyi, yer zərfliyi, kəmiyyət zərfliyi, səbəb zərfliyi, məqsəd zərfliyi.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiMaddi nemətlərdən əl çəkərək mənəvi kamilliyə can atan, guşənişin həyat tərzi sürən asket şair.
A.-lar, əsasən, şiə təriqətini təbliğ edən şairlərdir. Onlar Anadoluda həmin təriqəti yaymaq üçün mübarizə aparıb, daha sonra bəktaşilik təriqətini formalaşdırıblar. Türk ədəbiyyatında Pir Sultan Abdal bu təriqətin tanınmış nümayəndələrindən biri olub:
Dərdli kəmtər, anladınmı hesabı,
Seyyid Battal Qazi Əbdül vəhabı,
Həm doxsan min xəlifənin sahabı,
Hümkar Hacı Bektaş Vəli abdaldır.
Abdallıq sufilərin də mənəvi-təsəvvüf dərəcələrindən biridir:
Biz ki Rum içində abdal olmuşuz,
Bu cahandan fəriqül-bal olmuşuz,
Çün fəna mülkündə pamal olmuşuz,
Uş mübarək vəqtü xoşhal olmuşuz. (İ.Nəsimi)
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiMətndə fikrin eyhamlarla, işarələrlə ifadə üsulu; “Ezop dili” anlayışının Azərbaycan folklorundakı qarşılığı.
Bu ifadə tərzində məcazi məna, sətiraltı yük üstünlük təşkil edir. A.D. xalq arasında hazırcavablığı ilə tanınan baməzə və müdrik adamların – abdalların adı ilə bağlıdır. Belə söz ustalarından biri – Abdal Qasım haqqında el arasında çoxlu lətifə mövcuddur. Xalq arasında bu termini əvəz edən “qayışdili”, “oyunçu ağzı” kimi ifadələr də işlənilir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiSöz birləşməsi formasında olan mürəkkəb şəxs adlarının ilk hərflərindən ibarət ixtisar.
Abreviaturadan fərqli olaraq A.İ.-larda hərflər arasında nöqtə qoyulur. A.İ. təxəllüslərə də şamil edilir: A.Ş. – Abdulla Şaiq, Ə.V. – Əliağa Vahid və s. Adətən, müxtəliftipli mətnlərdə sitat gətirilərkən müəllifi bildirmək üçün istifadə olunur.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətilat. absurdus – cəfəng
Ağıla, məntiqə sığmayan, boş və mənasız fikir, cəfəngiyyat.
Cəmiyyətin qəbul etdiyi, alışdığı ənənələri inkar edən, məntiqlə izah olunmayan fikirlər A. kimi qəbul edilir. Bəzi qələm sahibləri duyğu və düşüncələrini fərqli ifadə etmək üçün A. fikirlərdən istifadə edirlər.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti