Maddi nemətlərdən əl çəkərək mənəvi kamilliyə can atan, guşənişin həyat tərzi sürən asket şair.
A.-lar, əsasən, şiə təriqətini təbliğ edən şairlərdir. Onlar Anadoluda həmin təriqəti yaymaq üçün mübarizə aparıb, daha sonra bəktaşilik təriqətini formalaşdırıblar. Türk ədəbiyyatında Pir Sultan Abdal bu təriqətin tanınmış nümayəndələrindən biri olub:
Dərdli kəmtər, anladınmı hesabı,
Seyyid Battal Qazi Əbdül vəhabı,
Həm doxsan min xəlifənin sahabı,
Hümkar Hacı Bektaş Vəli abdaldır.
Abdallıq sufilərin də mənəvi-təsəvvüf dərəcələrindən biridir:
Biz ki Rum içində abdal olmuşuz,
Bu cahandan fəriqül-bal olmuşuz,
Çün fəna mülkündə pamal olmuşuz,
Uş mübarək vəqtü xoşhal olmuşuz. (İ.Nəsimi)
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti