XIX əsrin əvvəllərində, romantizmlə eyni vaxtda Qərb ədəbiyyatında meydana gəlmiş ədəbi cərəyan.
Tənqidi realizmin əsas ideya konsepsiyası sosial ədalətsizliyin tənqidi kontekstində məzlumların gündəlik ağır həyatının əks olunması idi. Bu cərəyanın nümayəndələri sayılan O.Balzakın, C.Eliotun əsərlərində insan həyatı və psixologiyasının onun yaşadığı sosial mühitlə bağlılığı ön plana çıxarılırdı. Azәrbaycan ədəbiyyatında tənqidi realizm XIX әsrdә, M.F.Axundzadənin yaradıcılığında meydana çıxıb. XX әsrin әvvәllərində tənqidi realizm C.Mәmmәdquluzadә, M.Ә.Sabir, Ә.Haqverdiyev, Ә.Nәzmi vә başqalarının fәaliyyәti sayәsindә keyfiyyәtcә yeni mәrhәlәyә daxil olmuşdur.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiAzәrbaycan klassik şeirindә məhəbbət, gözəllik, ictimai-fəlsəfi mövzularda lirik janr.
Tərcibəndin hər bəndi 8, 10 və ya 12 misradan ibarət olur. Birinci bəndin bütün misraları qafiyələnir: a.a.a.a.a.a.a.a.a.a.a.a. Digər bəndlərdə sonuncu beytdən başqa bütün misralar həmqafiyə olur: b.b.b.b.b.b.b.b.b.b.a.a. Birinci bəndin son iki misrası, adətən, digər bəndlərin sonunda nəqərat şəklində təkrarlanır.
Mən kiməm? – Bir bikəsü-biçarəvü-bixaniman,
Taleyim aşüftə, iqbalım nigun, bəxtim yaman.
Nəmli əşkimdən zəmin məmlu, ünümdən asiman,
Ahü-naləm navəki peyvəstə, xəm qəddim kəman.
Tiri-ahim bixəta, təsiri-naləm bigüman,
Müttəsil qəmxaneyi-sinəmdə yüz qəm mihman.
Qanda bir qəm itsə, məndən istəsinlər, mən zəman,
Yox mənə qeydi-bəlavü-dami-möhnətdən aman.
Çıxmadı könlümdən ənduhü-qəmü-möhnət həman,
Ey mənim canım, sənü könlüm səninlə şadiman.
Sənsiz olman ayrı möhnətdən, bəladən bir zəman,
Əl-əman, hicran bəlavü-möhnətindən, əl-əman!..
***
...Sinə çakü didə nəmnakü bədən əfgardir,
Can həzin, xatir qəmin, şeyda könül bimardir.
Mən bu qəm içrə ki, dəfin eyləmək naçardir,
Məsləhət sordum, dedilər məsləhət izhardir.
Söylədim dərdi-dilimni, bildi ol kim yardir,
Qılmadı bir rəhm bəs kim, zalimü-xunxardir.
Dəxi izhar edəmən, nə hacəti-təkrardir,
Eyləyim səbrü-təhəmmül ta həyatim vardır.
Canə yetgəc ta ki, məndə qüvvəti-göftardir,
Söylərəm: ey gül ki, səndən ayrılıq düşvardir.
Sənsiz olman ayrı möhnətdən, bəladən bir zəman,
Əl-əman, hicran bəlavü-möhnətindən, əl-əman! (M.Füzuli)
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiKlassik Şərq poeziyasında şeirlә yazılmış avtobioqrafik əsər.
Tərcümeyi-halda müәllifin hәyatının әsas mәrhәlәlәri, peşәsi, mәşğuliyyәti, maraq dairәsi, dostları vә s. barəsindә mәlumat verilir. Tərcümeyi-hal özünün müәyyәn ünsürlәri ilә aşıq poeziyasındakı vücudnamələri xatırladır. Əski şairlәrin әsәrlәri onların hәyat vә fәaliyyәtini öyrәnmәk baxımından başlıca mәnbә olduğundan tәrcümeyi-halların әhәmiyyәti böyükdür. Bu mövzulu şeirlәrin konkret forması yoxdur. Daha çox məsnəvi, yaxud müxəmməs şәklindә yazılırdı.
Bir şəxsin öz həyatının əsas məqamlarını ardıcıl şəkildə təsvir etdiyi yazı növü.
Tərcümeyi-hal ictimai həyatın müxtəlif sahələrində istifadə edilir. Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunarkən, işə götürülərkən, mükafata təqdim olunarkən, hər hansı ictimai-siyasi təşkilata üzv qəbul olunarkən şəxsdən özü haqqında ətraflı məlumat vermək tələb olunur. Tərcümeyi-hala verilən tələblər bunlardır: 1) şəxsin doğulduğu il, ay, gün, yer (respublika, şəhər, rayon, kənd) dəqiq göstərilməlidir; 2) faktlar (həyatın mərhələləri, oxuduğu, işlədiyi yerlər, nailiyyətləri, ailə vəziyyəti və s.) ardıcıl sadalanmalıdır. Müasir dövrdə tərcümeyi-halın geniş yayılmış forması CV (curriculum vitae – həyatın gedişi) adlanır ki, bu forma standart blank əsasında doldurulur.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiŞəxs, hadisə, mənzərə və s.-nin lirik qəhrəmanda yaratdığı xoş hislərin, müsbət fikir və arzuların obrazlı ifadəsi.
Şair ətraf aləmdə baş verən hadisələrə özünün müsbət münasibətini məhz tərənnüm yolu ilə bildirir. Tənqidi şeirlərdə, satiralarda, bədbin əhvali-ruhiyyənin ifadə olunduğu ictimai-siyasi şeirlərdə tərənnüm olmur.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiKlassik Şərq və Azərbaycan poeziyasında dəyişkən bənd-misra və qafiyə quruluşuna malik şeir şəkillərindən biri.
Tərkibbəndlər, əsasən, məhəbbət, gözəllik mövzusunda olur. Əsrlərboyu dəyişilməklə ayrı-ayrı klassiklərdə müxtəlif şəkil keyfiyyətləri alıb. Misraların sayı 6-dan 14-ə qədər dəyişir. Tərkibbəndin qafiyə quruluşu da mürəkkəb və qeyri-sabitdir. Belə ki, M.Füzulinin hər bəndi 6 misradan ibarət olan tərkibbəndlərində qafiyə quruluşu əvvəldən axıra qədər belə qurulur: hər bənddə 4 misra həmqafiyə olur, bəndin son beyti – iki misrası isə öz aralarında qafiyələnir. Bir çox hallarda hәr bәnddәn sonra ya nәqәrat şәklindә tәkrar olunan beyt, ya da hər bənddə dәyişilәn hәmqafiyә beyt gəlir. məsələn:
Ey xoş ol günlәr ki, bәzmimdә nigarım var idi,
Zövqi-dildarilә könlümdә qәrarım var idi,
Bir üzarı mah, zülfi müşkbarım var idi,
Bir cәmalı rәşki-bağü gülüzarım var idi,
Lәblәri şәkkәr, üzü gül tacdarım var idi,
Sünbülüm, sәrvim, gülüm, bağım, baharım var idi,
Bir pәri peykәr, mәlәkrüxsar yarım var idi,
Kim, hәrimi vәslinә busü kәnarım var idi,
Yar vәslindәn, qәrәz, xoş rüzgarım var idi,
Eylәmәzdim meyli-gül, ol gülüzarım var idi.
Rəşk edib dövri-zәmanә saldı firqәt, aqibәt,
Qoydu ol mahә mәni-nalani hәsrәt, aqibәt. (S.Ə.Şirvani)
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiBaş cümlədəki hərəkətin icra tərzini bildirən budaq cümlə.
Adətən, baş cümlədə feili xəbərə aid olan elə, belə əvəzlik-qəliblər işlənir; məs.: Elə (necə?) çığırdı ki, hamı dönüb baxdı. Tərzi-hərəkət budaq cümləsində baş və budaq cümlənin yeri sabit deyil. Baş cümlənin əvvəl gəldiyi növlərində əlaqə vasitəsi intonasiya və yaxud ki tabelilik bağlayıcısı olur. Bu zaman əvəzlik-qəlibi ixtisar etmək olmur; məs.: Elə danış ki, hamı başa düşsün. Elə oxu, hamı dinləsin. Budaq cümlənin əvvəl gəldiyi növlərində əlaqə vasitəsi kimi necə, nə cür, necə ki, hər necə və s. bağlayıcı sözlər və -sa2 şəkilçisi olur; məs.: Necə demişdiniz, elə də etdik. Kim necə istəyirdisə, elə də yaşayırdı.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiHərəkətin icra tərzini və ya vəziyyətini bildirən zərf.
Sualları: necə? nə cür? nə vəziyyətdə? nə tərzdə? Quruluşca sadə (cəld, sakit), düzəltmə (qəfildən, birdən) və mürəkkəb (addımbaşı, birdən-birə, yana-yana, sözarası, əvvəldən-axıra) olur. Tərzi-hərəkət zərfləri hərəkətin keyfiyyətini də bildirir; məs.: gözəl danışmaq, yaxşı bilmək və s. Tərzi-hərəkət zərfləri bəzən əlamətə (sifətə) də aid olur: Uşaq yamanca fərəhli idi. Burada “yamanca” sözü sifətlə ifadə olunmuş “fərəhli idi” ismi xəbərini izah edir. Tərzi-hərəkət zərfi cümlə üzvü kimi, əsasən, tərzi-hərəkət zərfliyi vəzifəsində iştirak edir; məs.: Ana uşağa həzin-həzin layla çalırdı. Rüstəm kişi Şirzada çəpəki nəzər saldı (M.İbrahimov).
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiİşin, hərəkətin icra tərzini bildirən və necə? nə cür? nə tərzdə? nə vəziyyətdə? suallarından birinə cavab verən zərflik.
Tərzi-hərəkət zərfliyi feili bağlama, feili bağlama tərkibləri, tərzi-hərəkət zərfləri, qoşmalı söz və birləşmələr, sual əvəzlikləri ilə ifadə olunur; məs.: Qatar yavaş-yavaş stansiyaya yaxınlaşdı. Sevda gülə-gülə ona yanaşdı. Tərzi-hərəkət zərfliyi ismi xəbərə də aid ola bilər. Bu zaman ismi xəbər əlamət bildirən sifətlə ifadə olunur; məs.: O, kədərli vəziyyətdə də gözəl idi.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiŞərq ədəbiyyatında geniş yayılmış dini və fəlsəfi cərəyan.
Təsəvvüf islam dinindəki mənəvi həyatın və əxlaqi dəyərlərin adıdır. Bu fəlsəfi-dini təlimin mahiyyətində insanın nəfsi ilə mübarizə aparması, öz varlığından və dünyadan keçərək Allaha qovuşması durur. Onun məqsədi ruhi təkamül və kamillikdir. Mədəni və tarixi baxımdan təsəvvüf VIII-X əsrlərdə formalaşmağa başlayıb. XII əsrin II yarısından başlayaraq təsəvvüf ideyaları daha da sistemləşərək təlim səviyyəsinə yüksəldi. Ədəbiyyatımızda H.Mənsur, F.Nəimi, Ş.Səfi, İ.Nəsimi bu təlimin mürşidləri olublar. Təsəvvüf cərəyanının nümayəndələrinə sufilər deyilib. XII əsrdən sufilərin bədii yaradıcılığı təkkə ədəbiyyatı kimi tanınır.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti