yun. sarkadzo – parçalamaq, cırmaq
Satirik gülüş; kinayənin kəskin forması.
Sarkazm ədəbiyyatşünaslıqda təriz də adlanır. Sarkazmda istehza və tənə kinayəyə (ironiyaya) nisbətən daha güclü və öldürücü olur. İfşa və amansızlıq sarkazmın əsas xüsusiyyətləridir. C.Məmmədquluzadənin “Ölülər” əsərində Kefli İsgəndərin Şeyx Nəsrullah və onun yanında olan cahillərə dediyi sözlər sarkazmın tipik nümunəsidir: “Bəli, bəli, bunlar elm dəryasıdır. İndi də ki, inşallah, siz cənabdan da ölü diriltmək elmini öyrənərlər, onda dəxi lap alim olarlar”.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti