Yazıçının başqa bir müəllifin əsərindən təsirlənərək yazdığı oxşar, lakin bir çox cəhətdən yeni bir əsər.
Parodiya və təqliddən fərqli olaraq nəzirədə ilkin əsərə və ya onun müəllifinə qarşı kinayə olmur. Əksinə, bir çox hallarda nəzirə müəllifinin öz sələfinə və ya bəhrələndiyi əsərə hörməti bu və ya digər şəkildə özünü büruzə verir. Mövzu vә süjet etibarilә nəzirədə әvvәlki әsәrdәkindәn ciddi surәtdә fәrqlәnәn bir ideya da ifadә oluna bilir. Ədəbiyyatımızda nəzirə yazmaq ənənəsi geniş yayılıb. Ş.İ.Xətai İ.Nəsiminin “Ayrılır” qəzəlinə nəzirə yazıb. Bu qəzəldə Ş.İ.Xətai İ.Nəsiminin birinci misrasını olduğu kimi saxlayıb. M.Ə.Sabir “Amalımız, əfkarımız ifnayi-vətəndir” şeirini Türkiyə şairi N.Kamalın “Vətəndir” şeirinə nəzirə yazıb. X.Natəvan “Yenə, ya rəbb, nə qəmgindir mənim bu şad olan könlüm” misrası ilə başlanan qəzəlini M.Füzulinin eyni rədifli qəzəlinə nəzirə kimi yazıb:
Yenə, ya rəbb, nə qəmgindir mənim bu şad olan könlüm,
Rümuzi-eşqdən agah olub ustad olan könlüm.
***
Niyə peymanədən keçdin, niyə zəncirdən qaçdın?
Nədəndir çöllərə düşdün, mənim bərbad olan könlüm?..
***
Baxın bu Natəvan zarə, günü bəxti kimi qarə,
Gəzər Məcnuntək avarə, mənim naşad olan könlüm.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiİnsan hislərini (hiss, həyəcan, arzu və istək və s.) ifadə edən köməkçi nitq hissəsi; məs.: Ay! Oh! Ax! Uff! və s.
Əsas nitq hissələrindən fərqli olaraq nidalar nominativ (adlandırma) funksiyasına malik deyildir. Bu sözlər, sadəcə, insanın ətrafdakı hadisələrə reaksiyasını ifadə edir. Nidalar leksik, qrammatik mənaya malik olmur, suala cavab vermir, cümlə üzvü rolunda çıxış etmir. Nidaların müxtəlif məna növləri var: 1) sevinc, heyranlıq bildirənlər: bəh-bəh, ura, oxqay, ay can-ay can və s.; 2) qorxu, narahatlıq, kədər bildirənlər: ay aman, ah, ox, vay-vay, uf, of, ox, oy, eh, ay dad və s.; 3) çağırış bildirənlər: ey, ay, ya, hey, a, ehey və s.; 4) nifrət, istehza bildirənlər: tfu, xa-xa-xa, xux, xox və s. Nidaların məna bölgüsü şərtidir və konkret situasiyadan asılıdır.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiHiss-həyəcan bildirən və xüsusi intonasiya ilə tələffüz olunan cümlə.
Nida cümlələri iki yolla yaranır: 1) yalnız intonasiya vasitəsilə: Qız nə qız!; 2) nidaların köməyi ilə: Bəh-bəh, necə də gözəldir! Nida cümlələri nəqli, sual və əmr cümlələrinin yüksək hiss-həyəcanla deyilməsindən də yaranır. Belə cümlələrin sonunda nida işarəsi qoyulur.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiDilin yaratdığı imkanlar vasitəsilə fikirlərin formalaşdırılması və ifadə olunması.
Nitq bu və ya digər məlumatın – informasiyanın tələbinə uyğun olaraq dilin ifadə imkanları əsasında meydana çıxır. Dil ümumi, nitq fərdidir. Nitq yazılı və şifahi şəkildə təzahür edə bilər.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiBaşqalarından məlumat qəbul etmək, öz hiss və düşüncələrini onlara çatdırmaq üçün tələb olunan bacarıqlar.
İnsan dinləməklə və oxumaqla informasiya alır, danışmaqla və yazmaqla informasiya ötürür. Beləliklə, ünsiyyət prosesində dörd nitq bacarığından istifadə edilir: dinləmə, danışma, oxu və yazı. İnformasiya qəbul etmək və informasiya ötürmək prosesi yazılı və şifahi yolla baş verir. Dinləmə və danışma şifahi nitq bacarıqlarıdır, çünki bu zaman informasiya səs əsasında təzahür edir. Oxu və yazı zamanı informasiya hərflərin əsasında təzahür etdiyindən oxu və yazı yazılı nitq bacarıqlarıdır. Dinləmə və oxu anlamaq, danışma və yazı özünü ifadə etmək məqsədi daşıyır.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətilat. novator – yeniləşdirən, bərpa edən
Sənətdə forma vә mәzmun baxımından yenilik.
Ədəbiyyat və incəsənətdə mövcud olan yaradıcılıq ənənələrinə yeni baxış, yaradıcılığın yüksək forması kimi təzahür edir. Ədəbiyyatda “bani” və “novator” anlayışlarını fərqləndirmək lazım gəlir. Yeni bir janrın və ya cərəyanın əsasını qoyanlar bani, bu sahəyə keyfiyyət dəyişikliyi gətirən, onu təkmilləşdirənlər isə novator adlandırılır.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiital. novella – yenilik
Gözlənilməz sonluqla bitən hekayə.
Ədəbiyyatşünaslıq termini kimi bu sözün mənşəyi XIII əsr italyan nəsrinə aid olan “Novellino” (100 qədim novella) məcmuəsi ilə bağlıdır. Dünya ədəbiyyatında novella janrının ən görkəmli nümayəndələri fransız yazıçısı Gi de Mopassan və Amerika yazıçısı O.Henri sayılır. Azərbaycan ədəbiyyatında C.Məmmədquluzadənin “Qurbanəli bəy”, Ə.Haqverdiyevin “Bomba” hekayələri bu janrın nümunələridir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiMüəyyən miqdar sayları ilə onların aid olduğu isim arasında işlənən sözlər; məs.: iki dəst mebel.
Numerativ sözlər iki cür olur: 1) əsas vəzifəsi numerativlik olanlar: dənə, nəfər, dəst, cüt, metr, ton, litr və s.; 2) əsas vəzifəsi numerativlik olmayan, ancaq numerativ kimi işlənə bilən sözlər: parça, tikə, damcı, qaşıq, göz, baş, top, vaqon, ədəd, çəllək, qazan, boşqab, nəlbəki və s. Bu sözlər, əslində, isim olsa da, cümlədəki mövqeyinə görə numerativ sözlər hesab olunur; məs.: bir dəstə gül, bir baş soğan, bir çəllək çaxır, bir tikə çörək və s.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiNəzmlə yazılmış kiçikhәcmli yumoristik әsәr.
Xalq lətifələrinin nəzmə çəkilmiş formasıdır. Daha çox uşaqlar üçün nəzərdə tutulmuş əsərlərdir. Ədəbiyyatımızda daha çox S.Ə.Şirvaninin yaradıcılığında rast gəlinir. Onun, әsasən, әrәb folklorundan vә orta әsr Şәrq әdәbi abidəlәrindәn istifadә yolu ilә yaratdığı N.-lərin bir qismi sonralar Molla Nәsrәddin lәtifәlәri sırasına keçib. Şair belə əsərlərdən ən çox özünün “Rəbiül-ətfal” dərsliyində istifadə edib.
Vardı bir mərdi-sahibi-rövnəq,
Tacir idi və leyk çox əhməq.
Açmış idi füruş üçün dükkan,
Vardı bir cüft onda ənfiyədan –
Ki, haman zərflər tiladən idi,
Nə tila, zərri-pürbəhadən idi.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti