Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

kamil

Əruz vəzninin 11-ci bəhri.

İki növü var. Birinci növ dördbölümlü bütöv kamildir; mütəfA`ilün mütəfA`ilün mütəfA`ilün mütəfA`ilün təfiləsindədir. Nümunə:

Yetər, ey fələk, bu cəfa,

Yetir məni-zarə sərvi-rəvanimi. (M.Füzuli)

İkinci növ ikibölümlü bütöv kamildir; mütəfA`ilün, mütəfA`ilün təfiləsindədir. Məsələn: Məni axiri bu qəm öldürür (M.Ləli).

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

keçmiş zaman

İş və hərəkətin danışıq vaxtından əvvəl icra olunduğunu (və ya olunmadığını) bildirən zaman forması.

Keçmiş zaman iki cür olur: şühudi keçmiş zamannəqli keçmiş zaman. Şühudi keçmiş zaman hərəkətin keçmişdə icra olunub-olunmadığını qətiyyətlə bildirir və -dı4 şəkilçisi ilə düzəlir; məs.: al-dı-m, al-dı-nız və s. Şühudi keçmiş zaman III şəxsin təkində şəxs şəkilçisi qəbul etmir: al-dı. Nəqli keç­miş zaman keçmişdə icra edilmiş və ya edilməmiş hərəkət barədə nəql yolu ilə məlumat verir və -mış4 şəkilçisi ilə yaranır; məs.: al-mış-am, al-mış-san, al-mış-dır və s. Nəqli keçmiş zaman ikinci və üçüncü şəxsdə -ıb4 şəkilçisi ilə də dü­zələ bilir; məs.: al-ıb-san, al-ıb-dır və s.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

kəmiyyət budaq cümləsi

Tabeli mürəkkəb cümlənin baş cümləsindəki hərəkətin və ya əlamətin miqdarını bildirən zərflik budaq cümləsi.

Kəmiyyət budaq cümləsinin baş cümləyə bağlanmasında nə qədər, nə qədər ki, hər nə qədər və bu kimi bağlayıcı sözlər iştirak edir. Bu zaman baş cümlədə o qədər, bir o qədər (də), o qədər də, bir elə və s. əvəzlik-qəliblərdən biri qarşılıq söz kimi iştirak edir; məs.: Ön cəbhə nə qədər möhkəm olsa, insanlar bir o qədər arxayın olar. Kəmiyyət budaq cümləsi bəzi hallarda hərəkətin deyil, əlamətin kəmiyyətini bildirir; məs.: Əli nə qədər soyuq adam­dırsa, qardaşı bir o qədər istiqanlıdır.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti