Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

yerüstü yayım

Yayım siqnallarının is­ti­fadəçilərə Yer səthində quraşdırılmış ­ötü­­­rücü stansiyalar və qüllələr vasitəsilə çat­­­­dırılması üsulu.

Bu stansiya və qül­lələr şəbəkə təş­kil edir. Y.Y. peyk yayımı yarananadək uzun müddət teleradio proqramlarının ye­ganə kütləvi yayım üsulu olub.

Jurnalistika terminləri lüğəti

yol qeydləri

1. Səyahət təəssüratlarının gündəlik formasında yazıya alınması.

2. Janr olaraq jurnalistikada, publisistikada oçerkin bir növü.

Bu janrda ­materiallar dinamikliyi, emosionallığı ilə fərqlənir, onları bir neçə müstəqil hissəyə ayıraraq ardıcıl çap et­məklə oxucu marağını ar­tır­maq olur və s.   

Jurnalistika terminləri lüğəti

yutub

ing. you – sən + ing. – tube – bo­ru; məcazi mənada: televizor

Video­fayl­ların yerləşdirilməsi, nümayişi, saxlanması və çatdırılması üzrə ixtisaslaşmış veb-sayt, dünyanın ən böyük video paylaşma sis­tem­lərindən biri.

Y.-da həm professional film və kliplər, həm də həvəskarların video­materialları, o cümlədən videobloqları ­yer­ləşdirilir. CBS, BBC kimi media kor­­po­rasiyaları da bəzi materiallarını əmək­­daşlıq proqramı çərçivəsində Y.-da nü­­mayiş etdirir. Y. şirkəti 2005-ci ilin fevralında təsis olunub, 2006-cı ilin noya­brında Go­ogle kompaniyası tərəfindən sa­tın alınıb.

Jurnalistika terminləri lüğəti

yumor

lat. humor – maye

1. Həyatdakı hər hansı nöqsanın zahirən gülüş, daxilən narahatlıq doğuran tənqid forması, fikri ifadə tərzi.

Satiradan,  ironiyadan – rişxənddən fərqli olaraq Y.-un arxasında xoş məram, tənqid obyektinə müsbət təsir göstərmək cəhdi durur. Y.-a «dost gülüşü» də deyilir və bir çox kütləvi informasiya vasitələrində eyniadlı rubrikalar yaradılır. Misal: «Əgər ciddinin arxasında gülüş gizlənirsə, bu – ironiyadır, əgər gülüşün ar­xasında ciddi gizlənirsə, bu – yumordur» (Artur Şo­penhauer).

2. Hadisələrin, pro­seslərin gülüşdoğuran tərəflərini görmək və ciddi tənqidi fikri zarafatla ifadə etmək bacarığı. 

Jurnalistika terminləri lüğəti

yükləmə

İstənilən məlumatın (informasi­ya, şəkil, audio-vizual fayl və s.) kompüter və serverlərə köçürülməsi.

Y. istifa­də­çi­nin hər hansı faylı digər elektron ava­dan­lığın yaddaş qurğusundan öz avadanlığının yad­daşına keçirməsi prosesidir.

Jurnalistika terminləri lüğəti

yüksək çap

Müstəvidə izi düşməli olan elementlərin izi düşməməli elementlərdən hündürdə yerləşməsi nəticəsində basma üsulu ilə həyata keçirilən çap.

Y.Ç. oyma şriftlər, tökmə sətirlər və metal formalardan birbaşa çap üsuludur və mətbəəçilikdə qədimdən istifadə olunur.

Jurnalistika terminləri lüğəti