Sahibkarlıq fəaliyyətində qanunvericiliyə zidd və ədalətsiz üsullarla üstünlük əldə etməyə, istehlakçıları çaşdırmağa yönəldilmiş, digər bazar subyektlərinin nüfuzuna xələl gətirə bilən reklam.
Reklam olunan əmtəədən istifadə etməyən şəxsləri gözdən salan, bu əmtəə ilə digərləri arasında qeyri-etik müqayisələr aparan, rəqibin şərəf və ləyaqətinə, işgüzar nüfuzuna ziyan vuran, habelə başqa reklamlarda istifadə olunmuş eksklüziv mətni, görüntü və səs effektlərini köçürməklə, insanların təcrübəsizliyindən sui-istifadə etməklə, əhəmiyyətli informasiyanın bir hissəsini qəsdən gizlətməklə istehlakçıları yanlış istiqamətləndirən reklamlar H.R. sayılır, onların yayılmasına yol verilmir.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti