rus. черкать – cızmaq
1. Əsas xüsusiyyəti hadisənin, mühitin, adamların həyatının qısa və dolğun təsvirini verməkdən ibarət olan publisistik janr.
2. Müəllifin bilavasitə gördüyü, şahidi olduğu real faktlardan, hadisələrdən bəhs edən kiçikhəcmli ədəbi əsər, jurnalist materialı.
Hekayədən fərqli olaraq oçerk həmişə faktiki həyat materialı əsasında yazılır. O.-lərin portret O.-i (şəxsin, ailənin, xalqın həyatına dair), problemli O. (bir problemin təsviri və öyrənilməsinə həsr olunmuş), yol O.-i (müəllifin səfərdə gördükləri barədə) və tarixi O. (tarixi faktların, hadisələrin təsvirindən ibarət) kimi növləri var.
3. Bir-biri ilə əlaqəli faktlara, hadisələrə, problemlərə, eyni məsələnin müxtəlif aspektlərinə həsr olunmuş məqalələr toplusu, əsər (bu mənada “oçerk” sözü, adətən, cəmdə işlədilir); məs.: “Ümumdünya tarixinə dair oçerklər”, “Azərbaycan ədəbiyyatı oçerkləri”.
Jurnalistika terminləri lüğəti