yun. tele – uzaq + yun. grapho – yazıram
1. İnformasiyanın naqillər, radio siqnalları və digər elektrik rabitə vasitələri ilə uzaq məsafəyə ötürülməsi üsulu.
2. İnformasiyanı naqillər, radio siqnalları və digər elektrik rabitə vasitələri ilə uzaq məsafəyə ötürən cihaz.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiHər hansı xəbərin, yaxud fikrin yığcam, dəqiq və sadə formada ifadə tərzi.
T.Ü. jurnalistdən mümkün qədər az sözdən istifadə etməklə auditoriyaya maksimum informasiya çatdırmaq bacarığı tələb edir. Bu üslubdan, əsasən, informasiya agentliklərinin xəbərlərində istifadə olunur. Lakin jurnalistikada T.Ü.-nun sadəliyi heç də onun bəsitliyi anlamına gəlmir. Əksinə, sözləri dəqiq seçmək, fikrini aydın ifadə etmək üçün müəllif dil sahəsində dərin biliklərə yiyələnməlidir. Bununla da T.Ü. termininin jurnalistikada və təbabətdə izahı fərqlənir. Tibb elmində T.Ü. ismin adlıq formasından və qeyri-müəyyən feillərdən istifadə nəticəsində sözlər arasında əlaqənin pozulması şəklində təzahür edən nitq çatışmazlığı kimi başa düşülür.
Jurnalistika terminləri lüğətilat. tele – uzaq + lat. compositio – tərtib, birləşmə, əlaqə
Əhəmiyyətli mövzuya, yaxud önəmli tarixi hadisəyə həsr edilən, müxtəlif elementlərdən, o cümlədən musiqi parçalarından və bədii səhnələrdən istifadə olunan irihəcmli, mürəkkəb tipli proqram formatı.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətilat. tele – uzaqdan + yun. maraphon – yüngül atletikada qaçış üzrə yarış növü
Diqqəti müəyyən problemə yönəltmək və onun həllinə vəsait toplamaq üçün elm, mədəniyyət, incəsənət xadimlərinin iştirakı ilə keçirilən uzunmüddətli və fasiləsiz veriliş formatı.
T.-lar interaktiv olur, birbaşa efirdə yayımlanır, adətən, yarı tok-şou, yarı konsert şəklində təşkil edilir. 2011-ci ildə Ukraynada ölkənin müstəqilliyinə dəstək kampaniyası çərçivəsində 52 saat davam edən T. ən uzun fasiləsiz tok-şou kimi «Ginnesin rekordlar kitabı»nda qeydə alınıb.
Jurnalistika terminləri lüğətiİstənilən yayımçının öz fəaliyyətində əsaslanmalı olduğu, qanunvericiliklə təsbit edilmiş mühüm qaydalar toplusu.
Azərbaycanda teleradio yayımçısı öz fəaliyyətini informasiyanın əhatəliliyi, obyektivliyi, tam və doğru-dürüstlüyü, vətəndaşların öz fikir və baxışlarını sərbəst ifadə etməsi, ideoloji və siyasi plüralizm, tərəfsizlik və qərəzsizlik, insanların şəxsi həyatına müdaxilənin yolverilməzliyi, milli-mənəvi dəyərlərin qorunması, peşə etikasına və əxlaq normalarına riayət edilməsi, proqramların keyfiyyətliliyi kimi prinsiplər əsasında qurmalıdır.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiTeleradio təkşilatlarının öz proqramlarını hazırlayarkən əməl etməli olduqları ilkin şərtlər və qaydalar toplusu.
Qanunvericilikdə belə proqramlarla bağlı 9 tələb irəli sürülür: maarifçilik və mədəniyyət məsələlərinə üstünlük vermək, habelə proqramların tarazlaşdırılması yolu ilə efirin eynitipli verilişlərlə yüklənməsinin qarşısı almaq; informasiyanın tərəfsizliyi, qərəzsizliyi, əhatəliliyi, tam və doğru-dürüstlüyü prinsiplərini gözləmək şərti ilə hər kəsin öz fikir və baxışlarını sərbəst şəkildə ifadə etmək hüququna şərait yaratmaq; insanların şərəf və ləyaqətinin alçaldılmasına, işgüzar nüfuzunun ləkələnməsinə yol verməmək, şəxslərin hüquq və azadlıqlarına hörmətlə yanaşmaq; faktları və hadisələri ədalətli şərh etmək, birtərəfliliyə yol verməmək; terrorizm, zorakılıq, qəddarlıq, milli, dini və irqi ayrı-seçkiliyi təbliğ etməmək; proqramlarda (verilişlərdə) dövlət dilindən istifadəni təmin etmək; teleradio yayımı sahəsində dövlət texniki standartlarından kənara çıxmamaq; eşitmə qabiliyyəti qüsurlu olanlar üçün tədris və informasiya xarakterli sosial yayımlar təşkil etmək; milli-mənəvi dəyərləri ardıcıl olaraq qorumaq.
Həmçinin bax:
1. Bax: yayım.
2. Bir teleradio yayımçısının proqramlarının digər yayımçılar tərəfindən retranslyasiyası.
T.Y. anlayışı telekommunikasiya sistemi ilə ötürülən və fərdi çağırışla qəbul edilən informasiyalara, o cümlədən faksla ötürülən məlumatlara, elektron məlumat banklarına və s.-yə. aid edilmir.
Həmçinin bax:
Vətəndaşların informasiya axtarmaq, əldə etmək, hazırlamaq, ötürmək və yaymaq hüququna dövlət tərəfindən təminat verilməsinə əsaslanan, teleradio yayımçılarının peşə müstəqilliyini qoruyan prinsip.
Bu prinsipin həyata keçirilməsi üçün qanunvericilik teleradio yayımı sahəsində senzuranı, yayımçıların yaradıcılıq və redaksiya fəaliyyətinə kənar müdaxilələri qadağan edir. T.Y.A. yalnız fövqəladə hallarda qanunla nəzərdə tutulmuş qaydada məhdudlaşdırıla bilər.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti