Qadınlar üçün nəzərdə tutulan ixtisaslaşmış qəzetlər, jurnallar və digər çap kütləvi informasiya vasitələri.
Belə nəşrlərdə qadınların cəmiyyət və ailədə vəziyyəti, ana və uşaq, qadın və kişi münasibətləri, bu kimi digər məsələlər işıqlandırılır.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiFərd və ictimai toplumların qanunda birbaşa əksini tapmayan, lakin məzmununa görə hüquqlardan irəli gəldiyi üçün qanunla müdafiə olunan istək və ehtiyacları.
Qanunvericilikdə Q.M. sadalanmır, bu anlayışın dəqiq izahı verilmir. Lakin mövcud normativ aktlarda hüquqlarla yanaşı, qanuni maraqların da qorunduğu bəyan edilir; məsələn: «Vergi ödəyicisinin hüquqlarının və qanuni maraqlarının təmin olunmaması və ya lazımınca təmin olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur» (Azərbaycan Respublikasının Vergi Məcəlləsi, maddə 15.2). Q.M. həm maddi (məsələn, müəllifin daha keyfiyyətli əsərə görə daha yüksək qonorar almaqda marağı), həm də qeyri-maddi (məsələn, məhkəmə prosesi zamanı şikayətçinin müzakirə edilən məqalənin təkrar ekspertizadan keçirilməsində marağı) ola bilər.
Jurnalistika terminləri lüğətiƏldə olunmasına qanunla müəyyən çərçivələr qoyulmuş məlumatlar (məs.: dövlət sirri, peşə sirri, şəxsi həyat sirri və s.).
Q.M.İ. geniş ictimaiyyətə açıqlanmaq üçün qismən, yaxud tam qapalı [məxfi və ya gizli (konfidensial)] olur.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiMediada işıqlandırılmasına məhkəmə tərəfindən məhdudiyyət qoyulmuş, buna görə media nümayəndələrinin buraxılmadığı məhkəmə baxışı.
Məhkəmə iclasları qanunla məhdudlaşdırılan informasiyanın, o cümlədən dövlət sirlərinin, şəxsi və ailə həyatına aid sirlərin qorunması məqsədilə qapalı elan oluna bilər.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiMedia nümayəndələrinin iştirakına icazə verilməyən toplantı, görüş və s.
Belə tədbirlər qanunla məhdudlaşdırılan informasiyanın, yaxud korporativ maraqlardan irəli gələn məsələlərin ictimaiyyətə açıqlanmasının qarşısını almaq məqsədi güdür.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiBir və ya bir-biri ilə əlaqəli bir neçə bina daxilində müəyyən sahə maraqları üçün istifadə edilən kabelli televiziya və radio şəbəkəsi.
Q.T.Ş. kütləvi yayım üçün nəzərdə tutulmur, əsasən, təhsil, tədris, müdafiə, təhlükəsizlik, istehsalat və s. sahə maraqlarına xidmət edir.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiFərdin və ya hüquqi şəxsin imicinə xələl gətirməyə, şərəf və ləyaqətini ləkələməyə yönəldilmiş fəaliyyət, qarayaxma.
Qərb mediasında bu fəaliyyət növü daha çox «neqativ piar» (negative public relations), «qaranlıq piar» (dark public relations) adlandırılır. Q.P. termini isə 1980-ci illərin sonlarından başlayaraq Rusiyada geniş işlədilməyə başlanıb. Q.P. mediaya kompromat ötürülməsi, sifarişli məqalələr və verilişlərin ardıcıl olaraq yayılması, şayiələrin, yalanların və saxta sənədlərin dərc edilməsi kimi çirkli üsullarla həyata keçirilir. Ondan daha çox iri biznesdə və siyasətdə rəqiblərin aradan çıxarılması üçün istifadə olunur.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətifr. garniture – dəst
Nəşriyyat işində istifadə edilən eyni üslub və cizgi formasına malik şrift dəsti.
Bir Q.-a daxil olan şriftlər ölçülərinə (böyük, kiçik), qalınlığına (adi, yağlı), mailliyinə (düz, maili) görə müxtəlif olur, amma üslub və cizgi xüsusiyyətlərini həmişə saxlayır.
Jurnalistika terminləri lüğəti