Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

poliqrafiya dizaynı

Materialın, əsərin ma­ketinin texniki tələblər və sifarişçinin istəyi nəzərə alınmaqla qrafik tərtibatı.

P.D. qrafik dizaynın bir növüdür. Ondan mətbəələr, redaksiyalar, nəşriyyatlar, rek­lam agent­likləri qəzetin, jurnalın, kitabın, plakatların və s.-nin çapa hazırlanması prose­sində istifadə edir.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti

pornoqrafik materiallar

yun. pornos – satılan + yun. grapho – yazıram, təsvir edirəm

Əsas məzmunu seksual müna­sibətlərin anatomik və fizioloji cəhətlərinin kobud, ləyaqətsiz təsviri olan bədii, foto, rəsm əsərləri, kütləvi informasiya vasitə­ləri məhsulları, digər materiallar.

Azər­baycan qanunvericiliyində P.M.-ın ya­­yıl­­ması kütləvi informasiya azadlığından sui-istifadə hesab olunur və qadağan edilir. Belə materialları yayan KİV mülki, inzibati, cinayət və digər formada məsuliyyət da­şıyır. Eyni zaman­da P.M. dərc edilən xarici mətbu nəşrlərin ölkə ərazisinə gə­tiril­məsinə və yayılmasına da məhkəmənin qərarı ilə qadağa qoyula bilər.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti

port

lat. portus – liman, körpü

1. Kom­püterə xaricdən hər hansı avadanlıq ­qoş­­­maq və bu avadanlıqla kompüter ara­sında informasi­ya mübadiləsini təmin et­mək üçün elektron qurğu.

P.-lardan skaneri, printeri, klaviaturanı, «siçan»ı, modemi, səs cihaz­larını və s.-ni bilgisa­yar­la birləş­dir­mək üçün istifadə olunur. 

2. Kom­pü­ter-host əməliyyat sistemində kom­­­­­mu­­nikasiyanın son nöqtə­si.

P. protokolların başlığında rəqəm şək­lində qeyd olunur və serverin internetdə istifadə etdiyi protokolun növünü göstərir.

Jurnalistika terminləri lüğəti