Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

pablisiti

ing. publicity – ictimailik, aşkarlıq

Mediada ardıcıl çıxışlar və reklamların köməyi ilə hər hansı məsələnin ictimai­ləş­dirilməsi, auditoriyanın diqqətinin mü­əy­yən şəxsə, məhsula, təşkilatın fəaliyyətinə yönəldilməsi.

P. – pablik rileyşnzin isti­qamətlərindən biridir, faktik olaraq onun birbaşa ünsiyyət olmadan həyata keçirilən formalarının (KİV materialları, küçə rek­lam­ları və s.) toplusudur. P.-nin əsas məq­sədi şəxsin, təşkilatın, brendin tanıdılması, po­pulyarlaşdırılmasıdır.

Jurnalistika terminləri lüğəti

paket

1. Kompüter şəbəkələrində bir ra­bitə seansı ərzində ötürülən informasiya bloku.

Bu bloka istifadəçiyə lazım olan ­informasiyadan əlavə, onu göndərən kom­püterlərin ünvanları, digər xidməti xarakterli məlumatlar da daxildir. 

2. Radioda əvvəlcədən hazırlanmış və lentə yazılmış süjet.

3. Hər hansı səlahiyyətli orqana ün­vanlandırılan, yaxud bu qurum tərəfindən cəm halında müzakirəyə çıxarılan bir-biri ilə əlaqəli sənədlər toplusu; məs.: təkliflər paketi, qanunlar paketi.  

Jurnalistika terminləri lüğəti

PAL [pal] abreviatura

ing. Phase Alternating Line – «fazanın sətirlər üzrə dəyişməsi» ifadəsində söz­lərin baş hərflərindən ibarət abreviatura

Əsasən, Qərbi Avropada, Avstraliyada və Cənubi Afrikada geniş istifadə olunmuş rəngli analoq televiziya sistemi.

SECAM-da olduğu kimi, PAL for­matında televiziya kadrı 50 hers tezliyində 625 sətrə ayrılır, lakin daha keyfiyyətli rəng və parlaqlığa malik olur. Bu format 1966-cı ildə Alma­niyada hazırlanıb, 2000-ci illərdə rəqəmsal televiziya standartı DVB ilə əvəzlənməyə başlanıb.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti