Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

seans

fr. seance – iclas, toplantı, hərfi mə­nada: «birnəfəsə, biroturuma»

1. Bir işin icrasının arasıkəsilmədən davam etdiyi müddət; məs.: filmin seansı.

2. Silsilə əməliyyatların bir hissəsi, təhsil, müalicə, yaxud bərpa prosesinin mərhələsi; məs.: postkonflikt reabilitasiya seansları, hazırlıq kurslarında test seansları. 

3. Kompüterlə istifadəçi, yaxud iki və daha artıq istifadəçi arasında interaktiv fasiləsiz informasiya mübadiləsi.

İnformatikada S. sorğudan və cavabdan ibarətdir. Onun təmin olun­masına çoxlu sayda proqramlar xidmət edir. S. əlaqəli rabitə formasıdır: internet əlaqəsi kəsilən kimi o, bitmiş hesab olunur.

Jurnalistika terminləri lüğəti