Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

onlayn jurnalistika

ing. on-line – xətdə olan + lat. diurnalis, diurnale – gündəlik ­xə­bər

Xəbərlərin, digər materialların, ­sü­jet­lərin və s.-nin yeni informasiya-kommunikasiya texnologiyaları vasitəsilə ­ha­zırlanması və internet üzərindən ya­yıl­masını həyata keçirən jurnalistika sahəsi.

O.J. – jurna­lis­­­­tikanın yeni sahəsidir və inter­netin in­kişafı ilə əlaqədar XX əsrin son­larından sürətlə genişlənməyə başla­yıb. Burada infor­masiya istifadəçiyə real za­man re­ji­mində çatdırılır və daim tə­zə­lənir. ­O.J.-ya həm də internet jurnalistikası, digital jur­nalistika deyilir.

Jurnalistika terminləri lüğəti

operativ informasiya

lat. – operativus – əməli < lat. operari – işləmək

1. Xüsusi əhəmiyyətini və aktuallığını tez itirə bi­lən, auditoriyaya mümkün qədər sürətlə ­çat­­­­­dırılmalı olan məlumat.

Misal: «Və­təndaşların tam, doğru-dürüst və operativ informasiya al­maq hüququ…» («KİV haq­qın­da» qanundan).

2. Hər hansı sistemin, obyektin, ­­­icra edilən planın, görülən işin və­ziyyəti ­haq­qında ən yeni məlumat. 

3. Hüquq-­mü­­­hafizə, müdafiə, milli təhlü­kəsizlik orqanlarının keçirdiyi operativ əmə­­liy­yatlar nəticəsinə əldə olunmuş mə­lumat; məs.: terrorizmlə mübarizə sahə­sində ­ope­­rativ informasiya mübadiləsi.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti

operativ yaddaş

ing. Random Access Memory, RAM – əməliyyat yaddaşı

Kompüterin yaddaş sisteminin enerjidən asılı hissəsi.

O.Y.-da kompüter işləyərkən prosessorun icra etdiyi əməliyyatlar, emal ­olunan informasiya saxlanılır. Bu yaddaş ona görə operativ adlanır ki, o çox sürətlə iş­ləyir. Lakin yad­daş­dakı informasiya ­kom­püterin işlədiyi müd­dətdə saxlanılır, ­kom­­püter söndürülərkən isə oradakı məlu­­matlar silinir.

Jurnalistika terminləri lüğəti

operator

lat. operator – işçi, fəaliyyət gös­tərən

1. Filmi, televiziya verilişini, hadisə yerindən hazırlanan reportajı kamera va­sitəsilə lentə alan peşəkar, onların yara­dı­cılarından biri. 

2. Mexaniki, yaxud elektron ava­danlığı, maşınları, müəyyən iş prosesini idarə edən mütəxəssis.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti

optik disk

yun. optike – görmə hissiyyatı haqqında elm + yun. discos – dairəvi

Səsin, təsvirin, mətnin lazer şüası vasitəsilə yazılması və oxunması üçün istifadə edilən informasiya daşıyıcısı.

O.D., adə­tən, üzə­rinə nazik işçi və əlavə qoruyucu ­tə­bəqə çəkilmiş uzunömürlü plastmas mate­rial­dan hazırlanır, dairəvi və yastı for­mada olur.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti

orfoepiya normaları

yun. orthos – düz­gün + yun. epos – nitq + lat. norma – ­qay­da

Sözün yeganə düzgün hesab edi­lən, yaxud üstünlük verilən tələffüz qay­daları.

Radio və televiziyanın dili canlı danışıq dilinə yaxın olmalıdır: bu onların əhali arasında populyarlığına və veriliş­lərinin daha yaxşı anlaşılmasına ciddi təsir göstərir. Lakin bir çox hallarda danışıq di­linə yaxınlaşmaq səyləri jurnalistlərin və aparıcıların O.N.-ndan uzaqlaşması ilə mü­şayiət edilir. Nəticədə xalqın milli-mədəni sərvəti olan dil korlanır, sözləri düzgün tələffüz etməyi bacarmayan jurnalistlərə və onların çalışdıqları KİV-ə auditoriyanın qalan məsələlərdə də ­eti­madı azalır. Professional standartları ­qo­ruyan radio və te­leviziya şirkətləri öz əmək­daşlarının O.N.-nı bilməsinə, onların nitq mədəniyyətitexnikasının yüksəl­dilməsinə xüsusi diq­­qət yetirir. Məhz buna görə, məsələn, İn­gil­tə­rədə «BBC tələffüzü» deyilən anlayış möv­cuddur və BBC-nin qoruduğu, yaratdığı O.N. ölkədə milli tələffüz standartlarına bərabər tutulur.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti

orfoqrafiya normaları

yun. orthos – düz­gün + yun. grapho – yazıram + lat. norma – qayda

Sözlərin yeganə düzgün hesab edilən və hamı üçün məcburi olan yazılış qaydaları.

O.N., onları əks etdirən lü­ğətlər xüsusi dövlət orqanları, aparıcı dilçilik mərkəzləri tərəfindən təsdiq olunur. Çap KİV-də, internet-nəşrlərində, kitab nəş­riyyatlarında sözlərin O.N.-na uyğun yazıl­masına nəzarət edən xüsusi mü­təxəssislər – korrektorlar çalışırlar. Sözlərin yazılışının O.N.-na uyğunluğunu yoxlamaq üçün kompüter proqramları da mövcuddur. Bununla belə, O.N.-nı müəy­yən­ləşdirmək heç də həmişə asan olmur. Dil getdikcə zən­gin­ləşdiyi, onun tətbiq dairəsi genişləndiyi üçün bəzən köhnə O.N.-nda dəyişikliklər edilir, yeni qaydalar yaranır, mübahisəli məsələlər ortaya çıxır.

Jurnalistika terminləri lüğəti