lat. processus – irəlilətmə
Hesablayıcı maşınlarda, mexanizmlərdə, kompüterlərdə ən müxtəlif məntiq və hesablama əməliyyatlarının yerinə yetirilməsini təmin edən elektron qurğu, inteqral sxem.
Bunun üçün P. maşının yaddaş sistemində saxlanılan proqramlardan istifadə edir. P. takt tezliyi (əməliyyatları uzlaşdıran siqnalın tezliyi), məhsuldarlığı (bir saniyədə əməliyyatların sayı), enerji tutumu, arxitekturası (quruluşu və komponentlərinin sayı) ilə xarakterizə olunur. Kompüterin «gücü» P.-un işləmə sürəti ilə müəyyənləşdirilir. 1940-cı illərdə ölçülərinə görə böyük yeşiyi xatırladan P.-lar sonrakı dövrdə qum dənəciyi boyda kristallara qədər kiçilib və planşetlərin, mobil telefonların, müxtəlif elektron mini-avadanlıqların «beynini» təşkil edir.
Jurnalistika terminləri lüğəti