Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

obyektivlik

lat. objectum – predmet

Ha­disələrin emosiyalara uymadan, qərəzsiz, faktların rəylərdən fərqləndirilərək işıqlan­dırılmasını tələb edən prinsip.

O. jurnalistikanın əsas prinsiplərindən biridir. Jur­­nalistin peşə etikasının beynəlxalq prin­siplərində (YUNESKO, 1983) deyilir: «Jurnalistin ən ümdə vəzifəsi obyektiv reallığı vicdanla əks etdirərək insanlara həqiqi və düzgün informasiya verilməsinə zəmanət yaratmaqdır». Azərbaycan jurnalistlərinin qurultayında qəbul olunmuş peşə davranışı qaydalarının ilk cümləsi də bu haq­da­dır: «Jurnalistikanın ali məqsədi həqi­qəti yay­maqdır, O. isə əsas peşəkarlıq me­ya­rıdır».

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti

oçerk

rus. черкать – cızmaq

1. Əsas ­xü­susiyyəti hadisənin, mühitin, adamların hə­yatının qısa və dolğun təsvirini ver­mək­dən ibarət olan publisistik janr.

2. Müəllifin bila­vasitə gördüyü, şahidi olduğu real ­fakt­lardan, hadisələrdən bəhs edən kiçik­həcmli ədəbi əsər, jurnalist materialı.

He­kayədən fərqli olaraq oçerk həmişə faktiki həyat materialı əsasında yazılır. O.-lərin portret O.-i (şəxsin, ailənin, xalqın həyatına dair), problemli O. (bir problemin təsviri və öyrənilməsinə həsr olunmuş), yol O.-i (mü­əllifin səfərdə gördükləri barədə) və tarixi O. (tarixi faktların, hadisələrin təs­virindən ibarət) kimi növləri var.

3. Bir-biri ilə əlaqəli faktlara, hadisələrə, prob­lem­lərə, eyni mə­sə­lənin müxtəlif aspektlərinə həsr olunmuş məqalələr toplusu, əsər (bu mənada “oçerk” sözü, adətən, cəmdə işlə­dilir); məs.: “Ümumdünya ta­rixinə dair oçerk­­­lər”, “Azərbaycan ədə­biy­yatı oçerk­ləri”.

Jurnalistika terminləri lüğəti

oflayn

ing. off-line – xətdən kənar

Kompüter şəbəkəsi, telekommunikasiya siste­mi, internetlə bağlantısı olmayan.

O. an­layışı ilk dəfə texniki termin kimi «digər avadanlıqlarla əlaqəsi olmayan elektron avadanlığın avtonom iş rejimi» mənasında ingilis lüğətlərinə daxil edilib, sonradan mənasını genişləndirərək başqa dillərə də keçib; məsələn, «O. media» dedikdə in­ternetdən istifadə etmədən istehlakçıya çatdırılan ənənəvi kütləvi informasiya vasitələri (qəzet, jurnal və s.) nəzərdə tutulur. Əksər ölkələrdə termin tərcümə edil­mə­dən istifadə olunur, lakin bəzi xalqların dilində onun qarşılığı ya­radılıb. Türkiyədə bu termin «çevrim dışı» formasında işlə­dilir.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti

oxşar ad

1. Əvvəllər qeydə alınmış mətbu nəşrin adının digər təsisçi tərəfindən xarici dilə tərcüməsi, yaxud yalnız adındakı söz­lərin yerinin dəyişdirilməsi ilə fərqlən­di­rilən ad.

2. Əvvəllər qeydə alınmış mətbu nəşrin adına simvol və ya simvolu ifadə edən söz əlavə etməklə fərqləndirilən ad.

Qanunvericilikdə eyniadlı mətbu nəşr­lərlə yanaşı, O.A.-lı nəşrlərin də təsis edil­məsinə icazə verilmir.

Jurnalistika terminləri lüğəti

oxucu qarşısında məsuliyyət

Jurnalistin, yaxud kütləvi informasiya vasitəsinin üzə­rinə düşən və­zifələri layiqincə yerinə yetir­məsinə, dərc etdiyi və yaydığı materialların nəticəsinə görə auditoriya qarşısında da­şıdığı cavabdehlik.

Me­dianın O.Q.M.-i Azərbaycan jurnalistlərinin peşə etikası prinsiplərinin I maddəsində əksini tapıb. Daimi oxucu auditoriyasını itirməmək, onun inamını qa­zanmaq və qorumaq üçün jurnalistlərdən bu prinsiplərə əməl etmək tələb olunur.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti

oxucu məktubu

Oxucunun (dinləyicinin, tamaşaçının) mü­əl­lifə, kütləvi informasiya vasitəsi redak­si­yasına bilavasitə yazılı mü­raciəti.

Bu müraciətlərdə oxucuların (dinlə­yicilərin, tamaşaçıların) rəyləri, tə­ləb­ləri, təklifləri, arzu və xahişləri əks ­olu­nur. Qanuna görə, redaksiya həmin mək­tub­lardan istifadə ­for­masını seçməkdə sər­bəstdir, xüsusi hallardan başqa, onları ça­pa, yaxud efirə ­ver­məyə məcbur edilə bilməz. Lakin bu məktublardan istifadə zamanı məzmunu təhrif edən ixtisarlar və redaktəyə yol verməməlidir. Bir sıra qə­zet-jurnallar auditoriya ilə sıx əlaqələri ol­duğu­nu nümayiş etdirmək üçün O.M­.-larından sitatlar gə­tirir, onları ayrıca rub­rikalar al­tında səhi­fəyə çıxarır.

Jurnalistika terminləri lüğəti