fr. portrait < portraire – təsvir etmək
1. Konkret şəxsin, yaxud şəxslər qrupunun təsviri sənət üsulları ilə yaradılmış əksi (fotoşəkli, rəsmi, qravürü, heykəli və s.).
2. Ədəbiyyatda, jurnalistikada insanın xarici görünüşünün, xarakterinin cizgilərinin, bəzən cəmiyyətin, zamanın əsas xüsusiyyətlərinin sözlə təsviri; məs.: siyasi P. (qəzet rubrikası), əsrin P.-i.
3. Jurnalistikada insanın xarici və daxili aləmini açan, cəmiyyətin, zamanın əsas xüsusiyyətlərini, cizgilərini təsvir edən irihəcmli materialın janrı.
See also:
Jurnalistika terminləri lüğəti