Mətnin qısaldılması, media məhsulunun həcminin azaldılması.
İ. çap sahəsinə, vaxta qənaət etmək, mətnin keyfiyyətini artırmaq məqsədilə həyata keçirilir. İdeoloji, siyasi səbəblərlə bağlı olan İ. isə senzuranın bir formasıdır. KİV haqqında qanunvericilikdə, bir çox peşə etikası kodekslərində materialların, redaksiyaya məktubların məzmununa xələl gətirən, onu təhrif edən İ.-lara yol verilmir.
Jurnalistika terminləri lüğəti