lat. objectum – predmet
Təyinatından, dəyərindən və məzmunundan, habelə ifadə formasından asılı olmayaraq yaradıcılıq fəaliyyətinin nəticəsi olan həm açıqlanmış, həm açıqlanmamış, obyektiv formada mövcud elm, ədəbiyyat və incəsənət əsərləri.
Bir çox KİV məhsulları və jurnalist materialları da M.H.O. sayılır.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətilat. honorarium – mükafatlandırma, fəxri ənam
Müəllifə əsərindən, hazırladığı materialdan istifadəyə görə ödənilən pul mükafatı.
Jurnalistə qonorar redaksiya daxilində müəyyənləşdirilmiş qiymətlər üzrə materialın həcminə, keyfiyyətinə, onun hazırlanmasına sərf edilmiş əməyə görə, yaxud redaksiya ilə müəllif arasında bağlanmış müqaviləyə əsasən ödənilir.
Jurnalistika terminləri lüğətiMüəllif əsərinin çap şəklində həcminin ölçü vahidi.
Bir M.V. 40.000 çap işarəsinə bərabərdir. M.V. vahid müəllifin, həmçinin onun əsərinin mətni üzərində işləmiş tərcüməçinin, redaktorun, korrektorun qonorarı hesablanarkən əsas meyar, yaxud meyarlardan biri kimi götürülür.
Jurnalistika terminləri lüğətiƏsərlərin yaradılması və istifadəsi üzrə münasibətləri tənzimləyən hüquqi normaların məcmusu.
M.H. qoruyucu vasitədir; o, əsərlərin, o cümlədən KİV məhsulları və jurnalist materiallarının qeyri-qanuni istifadəsinin, həmçinin plagiatın qarşısını almağa xidmət edir. M.H. təyinatından, dəyərindən, məzmunundan, habelə ifadə formasından asılı olmayaraq yaradıcılıq fəaliyyətinin nəticəsi olan açıqlanmış və açıqlanmamış, obyektiv formada mövcud əsərlərə şamil edilir. Bu mənada ideyalar, metodlar, proseslər, sistemlər, üsullar, konsepsiyalar, kəşflər, faktlar öz-özlüyündə M.H. ilə qorunmur. M.H.-nun yaranması və həyata keçirilməsi üçün əsərin qeydiyyata alınması, hər hansı başqa üsullarla rəsmiləşdirilməsi tələb olunmur. Subyektiv baxımdan isə M.H. – əsərlərin yaradıcılarına məxsus olan, müstəsna xarakter daşıyan şəxsi qeyri-əmlak və əmlak hüquqlarıdır.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti1. Bax: qonorar.
2. Kütləvi informasiya vasitəsi əməkdaşının hər hansı sahədə xidmətlərini, uğurunu qeyd etmək üçün ona verilən pul və ya başqa qiymətli hədiyyə.
Jurnalistlərin kimlər tərəfindən, hansı məbləğdə M.-landırıla biləcəyinə dair qanunvericilikdə məhdudiyyətlər olmur. Lakin peşə etikası kodekslərinin əksəriyyəti buna ciddi nəzarət edir. Adətən, kodekslərdə professional birliklər və bəzi başqa təşkilatlar istisna olmaqla hər hansı qurumdan, kənar şəxsdən peşə fəaliyyəti ilə əlaqədar M. almaq KİV əməkdaşlarına qadağan edilir, bunun jurnalistlərin müstəqilliyinə və tərəfsizliyinə xələl gətirdiyi göstərilir.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiBir şey barədə yürüdülən fikir; yaxşı düşünülmüş fikir, rəy, nöqteyi-nəzər.
M. problemlər, hadisələr, faktlar, qurumlar, şəxslər və onların fəaliyyəti haqqında subyektiv düşüncələri, qiymətləndirmə və ehtimalları əks etdirir. M. konkret faktlar barədə onların həqiqiliyinin təsdiqi və ya inkarı mümkün olan məlumat kimi şərh edilə bilməz. M.-nin faktoloji məzmuna malik olmaması onu yürüdən şəxsə, redaksiyaya qarşı ittiham irəli sürülməsinə əsas yaratmır. M. dil üslublarına görə müxtəlif, o cümlədən satirik və yumoristik formada ifadə edilə bilər.
Jurnalistika terminləri lüğətiing. to serve – xidmət etmək
Başqa məkanda yerləşən və axtarılan informasiya resursuna yeganə çıxış imkanı verən server.
M.S. gözətçi funksiyasını yerinə yetirir. Bu server müraciət göndərən ünvanın həqiqiliyini və etibarlılığını yoxladıqdan sonra ona qoruduğu informasiya resurslarına daxil olmaq icazəsi verir, yaxud vermir.
Jurnalistika terminləri lüğətiMətn yazmaq və təsvir yaratmaq üçün istifadə edilən xüsusi duru rəng.
M.-dən ən qədim zamanlardan xüsusi lələkli, basma alətlərlə, XIX əsrdən diyircəkli alətlərlə, XX əsrdən diyircəkli qələmlərlə istifadə ediblər. Kitab çapı yarandıqdan sonra mətbəə M.-i, elektron çap yarandıqdan sonra elektron M. ixtira olunub. Bundan başqa, M.-in ştapm M.-i (möhürlər üçün), tuş (rəsm və ştrixləmə üçün) kimi növləri də var.
Jurnalistika terminləri lüğətiər.
Mətbəədə hərfyığan işçi; düzücü.
Müasir jurnalistikada bu peşə, demək olar, sıradan çıxdığı üçün termin çox az işlədilir. Misal: «Cənab Qasprinski bu işə başlayanda tatarlar arasında nəinki çap məsələlərindən xəbərdar olan, hətta mürəttib işinin öhdəsindən gələ bilən bir nəfər də yox idi» (Ə.Ağayev).
Jurnalistika terminləri lüğəti