Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

plagiat

lat. plagio – oğurlayıram

Baş­qasının ideyasını, ixtirasını, əsərini, yaxud əsərinin bir hissəsini mənimsəmə, əsəri başqa şəxsin adı altında açıqlama, mən­bəyə, müəllifə istinad etmədən köçürərək öz adına çıxma, habelə şərikli müəllifliyə məcburetmə.

P. qanunla qorunan mü­əllif hüquqlarının kobud şəkildə pozulması sayılır və aşkar edildikdə cəmiyyətdə güc­lü ictimai qınağa səbəb olur. Azərbaycan jur­nalistlərinin peşə davranışı qaydalarında P. «yolverilməz hərəkət», «ədəbi oğurluq» kimi qiymətləndirilir və media vasitə­lə­rindən götürülməklə istifadə edi­lən «bü­töv materiallar, yaxud qısa çı­xarışların mənbələrini hər bir halda göstərmək» tə­ləbi irəli sürülür.

See also:

Jurnalistika terminləri lüğəti