lat. reclamare – təsdiq etmək, qışqırmaq
Kütləvi informasiya vasitələrində, filmlərdə, digər materiallarda istehlakçının şüuruna təsir göstərməklə onun diqqətini reklam obyektinə yönəldən, lakin reklam qismində təqdim edilmədən və müvafiq qeydi olmadan yayımlanan məlumat.
Bir çox hallarda G.R. oxucunun (tamaşaçının, dinləyicinin) şüuruna özünün dərk etmədiyi üsullarla təsir göstərir. Azərbaycan qanunvericiliyində G.R. qadağandır. G.R. nəticəsində istehlakçıya dəyən zərər məhkəmənin qərarı ilə təqsirkar bilinmiş reklam fəaliyyəti subyekti tərəfindən ödənməlidir.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiing. Global System for Mobile Communications
«Mobil kommunikasiyalar üçün qlobal sistem» terminindən törəmiş abreviatur; rəqəmsal kommunikasiya sistemi, qlobal mobil rabitə texnologiyası və standartı.
Bu texnologiya 1980-ci illərin sonlarında yaradılıb, 1991-ci ildə Avropada ilk GSM şəbəkəsi fəaliyyətə başlayıb. GSM Assosiasiyasının məlumatına görə, 2014-cü ilin sonunda o, dünya mobil rabitə bazarının 82%-ni əhatə edib, iki milyarddan artıq insan tərəfindən daimi istifadə olunub. GSM texnologiyası informasiyanın, səsin, qısa xəbərlərin (SMS), faksimilelərin ötürülməsi, çağıran nömrənin müəyyənləşdirilməsi, gizlədilməsi, zəngin başqa ünvana yönləndirilməsi, gözləmə rejiminə keçirilməsi, rouminqə, beynəlxalq danışıqlara qadağa qoyulması və bu kimi çoxsaylı mobil rabitə xidmətlərinin göstərilməsini təmin edir.
Jurnalistika terminləri lüğətiKompüterin əməliyyat sistemində kritik səhvə yol verildikdə monitorun göy rəngli ekranına çıxarılan xəbərdarlıq.
Bu, faktik olaraq sistemin «ölüm xəbərdarlığı»dır. G.Ö.E. termini ingilis dilində Blue Screen of Death ifadəsinin dilimizə tərcüməsi nəticəsində yaranıb. Belə hallara Microsoft Windows əməliyyat sistemlərində rast gəlinir. Onlar həm proqram səhvindən, həm kompüterin özündə, məsələn, daxili yaddaş strukturunda nasazlıqdan, həm də virusların təsirindən əmələ gələ bilər.
Jurnalistika terminləri lüğətiHökumətin, sosial xidmətlərin, iqtisadi qurumların qanunsuzluqlara yol verməməsinə, səhv qərarlar çıxarmamasına nəzarət edən və belə hallar barədə cəmiyyəti xəbərdar edən təsisatlar, habelə onların əməkdaşlarına verilən ad.
G.İ. dedikdə Qərbdə, əsasən, cəmiyyətin maraqlarını qoruyan media və jurnalist nəzərdə tutulur. Terminin mahiyyəti ondan ibarətdir ki, jurnalistlər ictimai maraqların keşiyində dayanmalı, bu maraqlara təhlükə yarandıqda cəmiyyəti duyuq salmalı, toplumu gözlənilən ciddi təhlükələrdən xəbərdar etməlidirlər. Media həmin vəzifəni rəsmi şəxslərin bəyanatlarının həqiqətəuyğunluğunu yoxlamaqla, mühüm problemlərə dair analitik yazılar hazırlamaqla, jurnalist təhqiqatı həyata keçirməklə və s. üsullarla yerinə yetirir.
Jurnalistika terminləri lüğəti1. Ədəbiyyatda və jurnalistikada hadisələrin başvermə tarixinə, xronikasına uyğun olaraq kiçikhəcmli hissələrə bölünmüş əsər və materialların janrı.
G.-də qəhrəmanın həyatından səhnələr, onun hisləri və fikirləri təsvir edilir.
2. Hər hansı tədbirdə, toplantıda müzakirəyə çıxarılması nəzərdə tutulan məsələlərin, planlaşdırılmış çıxışların siyahısı.
3. Müəyyən fəaliyyət sahəsində gün ərzində baş vermiş hadisələr barədə auditoriyanı məlumatlandıran nəşr, veriliş, yaxud rubrika; məs.: gündəlik qəzet, «parlament gündəliyi», «idman gündəliyi».
4. İnsanın daimi müşahidələrini, hər hansı prosesin gedişini, yaxud şəxsi həyatında baş verənləri ardıcıl olaraq qeydə aldığı sənəd.
5. Kompüterdə görüləcək işlərin günlər üzrə bölgüsünü aparmağa imkan verən xüsusi proqram.
6. Kütləvi informasiya vasitəsinin diqqət mərkəzində saxladığı fakt, mövzu; məs.: medianın gündəliyində olan problem.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti