Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

SMS [es-em-es] abreviatura

ing. Short Message Service – «qısa mesaj xidməti» sözlərinin baş hərflərindən ibarət abreviatura

Mobil rabitə siste­mində geniş yayılmış, telefonla qısa me­sajların ötürülməsini və qəbul olunmasını təmin edən texnologiya.

SMS texno­lo­giyası GSM standartının tərkib hissəsi kimi yaradılıb, ilk dəfə 1992-ci il dekabrın 3-də İngiltərədə sınaqdan çıxarılıb: Vodafone şirkətinin GSM şəbəkəsində fərdi kompü­terdən mobil telefona «Milad bayramınız mübarək» mesajı göndərilib. Cellular Tele­communications Industry Association (CTIA) təşkilatının hesabatına görə, 20 il ərzində bu xidmətdən yararlananların sayı mobil telefon istifadəçilərinin 40%-ni təşkil edib.

Jurnalistika terminləri lüğəti