Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

Quql

ing. Google – kompaniyanın adı ilə

İnternet şəbəkəsində ən çox müraciət olunan axtarış sistemi.

Sistem Google İnc. kor­porasiyasına məxsusdur. Q. ABŞ-ın Sten­ford universitetinin tələbələri Larri Peyc və Sergey Brin tərəfindən 1998-ci ildə yara­dılıb. Bəzi ingilis və Amerika lüğət­lərində terminin kriket şarı növünün (goog­ly), di­gərlərində 10100 rəqəminin (googol – bir, yanında yüz sıfır) adından törədiyi gös­tərilir. İngilis dilinin etimoloji lüğətində ­ikinci versiyaya üstünlük verilir: «Ad kor­porasiyanın yaradıcıları Larri Peycin və Ser­gey Brinin «şəbəkədə sonu görünməyən sayda informasiya təşkil etmək» missi­ya­sını əks etdirir». 

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti