Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

elektron media

Bir şəxsin digər şəxslərlə, qruplarla, təsisatlarla əlaqə yaradaraq informasiya mübadiləsi aparmasına imkan verən kütləvi kommunikasiya vasitələrinin cəmi.

Daha bəsit formada: E.M. – vi­deo­­­mətn, audiomətn, interaktiv terminallar, multimedia sistemləri, multimedia təqdi­matları, slayd təqdimatları və s.-dən iba­rətdir. Onlardan yalnız yeni media deyil, ənənəvi media da istehsal prosesinin müx­təlif mərhələlərində fəal istifadə edir. E.M. anlayışının tutumu «elektron KİV» ter­mi­ninə nisbətən geniş olsa da, bir sıra hallar­da onlar sinonim kimi işlədilir.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti

elektron məktub

Elektron poçtla gön­də­rilən istənilən sənəd.

Jurnalistika terminləri lüğəti

elektron ünvan

İnternetdə elektron məktubların çatdırılmalı olduğu poçtu mü­əy­yənləşdirən ünvan.

İlk E.Ü.-larda çox geniş və müxtəlif formatlar istifadə olu­nurdu. 1980-ci ildən bütün internet poçt ünvanları uçün vahid standart yaradıldı. E.Ü. bir-birindən @ işarəsi ilə ayrılan iki his­sədən ibarətdir. Sol tərəf poçt qutusunun adını göstərir və çox vaxt istifadəçinin loqini ilə üst-üstə düşür. Ünvanın sağ tərəfi isə poçt qutusu yerləşən serverin domeni­ni göstə­rir.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti

elita

fr. elite seçilmiş, ən yaxşı

Cəmiy­yətin sosial strukturunda idarəçilik ­funk­­­­­siyalarını yerinə yetirən, elmin və mə­­də­­niyyətin inkişafını təmin edən ən yuxarı təbəqə.

E. real hakimiyyət, ­ida­rəçilik ­və təsir mexanizmlərinə malik ­in­sanların ­bir-biri ilə əlaqəli, dayanıqlı iş­birliyidir. Hər­ bir E. cəmiyyətin həyatında yeni davranış ­mo­dellərinin (stereotiplərin) yaradılması ­pro­s­esini reqlamentləşdirir. Strukturuna görə E. kənardan təsirlərə tam açıq (“de­mok­ratiyanın hakimiyyəti”), yaxud kənar mü­da­­­xilələrə tam qapalı ­(“avtoritar cə­miy­yət”) ola bilər. E.-nın key­fiyyəti malik ­ol­duğu imtiyazlar və üs­tün­lüklər fonunda öz mü­rəkkəb funksiyalarını yerinə ye­tir­mək qa­biliyyəti ilə ölçülür. Fəaliyyət sahə­sinə görə siyasi, iqtisadi, elmi, mədəni, hərbi və s. E.-lar fərq­lən­dirilir. KİV-in E.-larla, ilk növ­bədə, siyasi E. ilə qarşılıqlı mü­nasibətləri, əsasən, me­dianın ictimai rəyə təsir gücü və cə­miy­yətdə nüfuzundan ası­lıdır. Buna uy­ğun olaraq media ilə siyasi E.-nın mü­na­si­bətləri müxtəlif modellər üzrə qurulur: lobbiçilik; konstruktiv dialoq; ha­kimiyyət orqanlarının və nüma­yən­də­lə­rinin KİV-in idarəçiliyində qismən iştirakı; korrupsiya; siyasi hakimiyyətin medianın fəaliyyəti üzə­rində tam nəzarəti və s.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti

elmi məqalə

Elmi araşdırmaların nəticə­lərini əks etdirən bitkin müəllif əsəri.

E.­M. ilkin material, yaxud ümumi elmi mövzuya həsr olunmuş icmal formasında ola bilər. İlkin E.M.-də yeni araşdırma ba­rədə məlumat verilir, eksperimentlər, on­ların nəticələri haqqında təhlillər yer alır. İcmal E.M. isə daha öncə çap edilmiş elmi informasiyanın ümumiləşdirilməsinə və qiy­mətləndirilməsinə həsr olunur. Bəzən E.M.-lərdə bu iki tip mətn birləşdirilir, onlar icmal və orijinal hissələrdən ibarət olur.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti