Aktual siyasi, iqtisadi və sosial mövzuları obyektiv işıqlandıran, öz fəaliyyətində yüksək peşə standartlarını rəhbər tutan kütləvi informasiya vasitələri.
K.M.-nı digər KİV-dən (məsələn, «bulvar» mətbuatı) fərqləndirən əsas cəhətlər bunlardır: xəbərlərdə faktların dəqiqliyi və onların dürüstlüyünün yoxlanılması; analitik janrlarda materialların çoxluğu; üslubun ciddiliyi, tərəfsizlik və qərəzsizliyin gözlənilməsi; etik prinsiplərə əməl olunması və yolverilən səhvlərin düzəldilməsi üzərində nəzarət. K.M.-nın auditoriyasında əhalinin intellektual təbəqələri üstünlük təşkil edir.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti